SON XƏBƏRLƏR

BMT-nin Təhlükəsizlik Şurası Cənubi Osetiyada yaranmış vəziyyət barədə müzakirələri davam etdirəcək

2021.10.20, 07:36
BMT-nin Təhlükəsizlik Şurası Cənubi Osetiyada yaranmış vəziyyət barədə müzakirələri davam etdirəcək

Gunaz.tv
BMT-nin Təhlükəsizlik Şurası Cənubi Osetiyada yaranmış vəziyyət barədə müzakirələri davam etdirəcək bmt_09_09_08.jpg Son bir gün ərzində qurum münaqişə zonasındakı vəziyyəti müzakirə etmək üçün iki dəfə toplaşıb Bu gün BMT-nin Təhlükəsizlik Şurasında Cənubi Osetiyada yaranmış vəziyyət barədə müzakirələr olacaq. Bu barədə məlumatı Belçikanın qurumdakı nümayəndəsi, bu ay Təhlükəsizlik Şurasına rəhbərlik edən Jan Qrauls verib. «Şuraya vaxt lazımdır», deyə o bildirib. Qeyd edək ki, son bir gün ərzində Təhlükəsizlik Şurası Gürcüstandakı vəziyyətlə bağlı iki dəfə toplaşıb. Birinci dəfə Rusiyanın, ikinci dəfə isə Gürcüstanın müraciəti əsasında. «Rusiya Gürcüstan ərazisinə qanuni olaraq sülhməramlı qismində daxil olub». Bunu qurumun iclasında çıxış edən Rusiya nümayəndəsi Vitali Çurkin deyib. «Hazırkı vəziyyət çox gərgindir. Təcili olaraq atışmanı kəsmək və hərbi əməliyyatları dayandırmaq lazımdır. Tərəflər danışıqlara başlamalıdırlar», deyə Çin nümayəndəsi qeyd edib. İtaliyanı qurumda təmsil edən nümayəndə də tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa səsləyib. «Vəziyyət doğurdanda ağırdır. Biz orada məskunlaşmış əhalindən narahatıq. Təcili olaraq humanitar yardımın regiona çatmasına zəmanət verilməlidir». ABŞ nümayəndəsi isə öz növbəsində Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə və öz qoşunlarını çıxarmağa səsləyib. /Novosti Qruziya/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar