SON XƏBƏRLƏR

Ruslar Borçalını üçüncü dəfə bombaladı

2021.10.20, 07:36
Ruslar Borçalını üçüncü dəfə bombaladı

Gunaz.tv
Ruslar Borçalını üçüncü dəfə bombaladı Bu gün Rusiya hərbi təyyarələri Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunu üç dəfə bombalayıb. Lent.az-ın xəbərinə görə, birinci dəfə saat 16:00 və 16:30 radələrində Marneulidəki hərbi aerodrom bombalanıb. Hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev APA-ya açıqlamasında həmin aerodromda 12 azərbaycanlının işlədiyini, lakin hadisə baş verərkən onların orada olmadığını bildirib. İkinci dəfə saat 19:15 radələrində Marneuliyə yaxın ərazilərə iki bomba atılıb. Saat 20:00 radələrində isə hərbi aerodrom üçüncü dəfə bombalanıb. Hələlik itkilər barədə heç bir məlumat verilmir. Rusiya hərbi təyyarələri Qoridəki rabitə qülləsinə də zərbə endiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar