SON XƏBƏRLƏR

Gürcüstan parlamentinin azərbaycanlı deputatı: “Gürcüstan torpağının hər qarışı uğrunda ölməyə hazırıq”

2021.10.20, 07:36
Gürcüstan parlamentinin azərbaycanlı deputatı: “Gürcüstan torpağının hər qarışı uğrunda ölməyə hazırıq”

Gunaz.tv
Gürcüstan parlamentinin azərbaycanlı deputatı: “Gürcüstan torpağının hər qarışı uğrunda ölməyə hazırıq” “Hazırda Gürcüstanda səfərbərlik elan olunub və əli silah tutan hər kəs döyüşəcək. Gürcüstan azərbaycanlıları da gürcülərə dəstək verməyə hazırdır”. Bu sözləri APA-ya açıqlamasında Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib. O, hələlik ehtiyac olmasa da, lazım gəldiyi təqdirdə azərbaycanlılardan ibarət batalyon yaratmağa hazır olduqlarını bəyan edib: "Biz Gürcüstan torpağının hər qarışı uğrunda ölməyə hazırıq. Ona görə ki, bura bizim vətənimizdir". A. Süleymanov proseslərin uğurlu sonluqla bitəcəyinə inandığını söyləyib: "Biz öz torpaqlarımızı geri qaytaracağıq. Arzum budur ki, Qarabağı da geri qaytaraq və birlikdə bayram edək". APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar