SON XƏBƏRLƏR

[8 Avqust 2008] Borçalı yenə bombalandı

2021.10.20, 07:36
[8 Avqust 2008] Borçalı yenə bombalandı

Gunaz.tv
Bir neçə dəqiqə əvvəl Rusiya hərbi təyyarələri Borçalını yenidən bombalayıb. Lent.az-ın ”Rustavi-2” telekanalına istinadən verdiyi məlumata görə, bu dəfə bölgəyə iki bomba atılıb. Dağıntı və tələfat barədə məlumat verilmir. Qeyd edək ki, təxminən bir saat əvvəl rus hərbi təyyarələri Borçalı bölgəsinə aid Marneuli rayonuna bomba atıb. Bombalar Marneulidəki hərbi aerodroma düşüb. Aerodroma yarım saat fərqlə iki bomba atılıb. bomba aerodromun yeməkxanasına düşüb. Nəticədə dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlər arasında azərbaycanlılar yoxdur. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev APA-ya açıqlamasında həmin aerodromda 12 azərbaycanlının işlədiyini, lakin hadisə baş verərkən onların orada olmadığını bildirib. Gürcüstan Müdafiə Nazirliyi faktı təsdiqləyərək bildirib ki, bombardman nəticəsində aerodromun uçuş-enmə zolağı zədələnib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar