SON XƏBƏRLƏR

Dünya şöhrətli akademik, urologiya sahəsində böyük nailiyyətlərə imza atmış Mirməmməd Cavadzadə dünyasını dəyişib

2021.10.20, 07:36
Dünya şöhrətli akademik, urologiya sahəsində böyük nailiyyətlərə imza atmış Mirməmməd Cavadzadə dünyasını dəyişib

Gunaz.tv
Dünya şöhrətli akademik, urologiya sahəsində böyük nailiyyətlərə imza atmış Mirməmməd Cavadzadə dünyasını dəyişib O, 82 yaşında vəfat edib. mirmemmedcavadzade.jpg Bu gecə dünya şöhrətli Azərbaycanlı, alim, SSRİ dövlət mükafatı, Azərbaycan Respublikası və SSRİ Nazirlər Sovetinin dövlət mükafatları laureatı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, akademik Mirməmməd Cavadzadə 82 yaşında vəfat edib. Mirməmməd Cavadzadə 1927-ci ildə Lənkəran şəhərində, qulluqçu ailəsində dünyaya gəlib. 1943-cü ildə orta təhsilini başa vurduqdan sonra Tibb instututuna daxil olub. İnstitutu bitirdikdən sonra isə Astara rayon xəstəxanasına baş həkim və cərrahiyə şöbəsinin müdiri təyin edilib. 8 il sonra Moskvaya yollanıb və Piroqov adına ikinci Tibb institutunun urologiya kefedrasında aspiranturaya daxil olub. 1963-cü ildə paytaxtımıza dəvət olunan M.Cavadzadə müsabiqə yolu ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutunun yeni yaradılmış urologiya və operativ nefrologiya kafedrasının müdiri vəzifəsinə seçilib. Bu illər ərzində 17 tibb elmləri doktoru, 73 tibb elmləri namizədi yetişdirib. Xatırladaq ki, 2007-ci ilin may ayında prezident İlham Əliyev şəxsən Mirməmməd Cavadzadəyə «İstiqlal» ordeni təqdim etmişdi. M.Cavadzadə, bu ali mükafata tibb elmininin inkişafındakı xidmətlərinə görə layiq görülmüşdü.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar