SON XƏBƏRLƏR

Rusiya BTC-nin partlamasında maraqlıdır?!

2021.10.20, 07:36
Rusiya BTC-nin partlamasında maraqlıdır?!

Gunaz.tv
Rusiya BTC-nin partlamasında maraqlıdır?! Gürcüstan Rusiyanı ittiham etdi Avqustun 6-da Türkiyənin Əndican vilayətində Bakı-Tiflis-Ceyhan kəmərində baş vermiş partlayışa görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürsə də, hadisə ilə bağlı müxtəlif versiyalar ortalığa çıxmaqdadır. Artıq Gürcüstan tərəfi partlayışla bağlı öz fikrini bildirib: partlayışda Rusiyanın və onun dəstəklədiyi Sxenvali separatçılarnın marağı var. Gürcü tərəfinin fikrincə, partlayış Qərbdə narahatçılıq yaradacaq və onlar Gürcüstandan Sxenvali regionuna qarşı daha düzgün addımlar atmağa çağırılacaq. Terrorçuların dilini anlayan başa düşür ki, bu xəbərdarlıqdır. BTC-nin partladılması ilk növbədə enerji daşıyıcılarından asılı olan Qərbi narahat edir. Əgər bütün bunların arxasında Rusiya dayanıbsa, bundan sonra Qərb Gürcüstanı Sxenvali regionuna qarşı daha təmkinli addım atmağa çağıracaq. Partlayışın effekti böyük olmayacaq Lakin ekspertlərin fikrincə, boru kəmərindəki partlayış regionda həyata keçirilən digər layihələrin həyata keçirilməsinə mane olmayacaq. Partlayışın əsas hədəfi BTC yox, Nabukko qaz layihəsi ola bilər. Bəzi ekspertlərin fikrincə, avqustun 6-da baş verən partlayış ötən il baş versəydi, Nabukonun taleyi şübhə altında olardı. Rusiyanın mavi yanacaq bazarında monopoliyasının qarşısını alan Nabukkonun inşası ilk növbədə Rusiyanın maraqlarına zidd olduğundan, ona qarşı baş vermiş hər hansı bir təxribatda da məhz şimal qonşumuzun maraqlı olduğunu anlamaq çətin deyil. Lakin partlayış həyata keçirilən digər layihələrə mane ola bilməyəcək. Partlayışdan bir gün əvvəl hədələr səslənib Gürcü ekspertlərinin fikirlərini təsdiqləyən daha bir fakt isə partlayışdan bir gün əvvəl tanınmamış Cənubi Osetiya respublikasının de-fakto prezidenti Dmitri Medoyevin kəməri partladacaqları ilə bağlı səsləndirdiyi hədə olub. Belə ki, avqustun 5-də separatçı qurumun rəhbəri Sxenvaliyə qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə BTC-ni partladacaqlarını deyib. Rusiya BTC-nin onun razılığı olmadan çəkilməsini hələ də bağışlaya bilmir. Bu səbəbdən də kəmərə qarşı olan hər hansı bir xoşagəlmz hadisənin səbəbini onun inşasında maraqlı olmayan qonşu ölkələrdə, ilk növbədə regiondakı bütün münaqişə zonalarında maraqlı olan Rusiyada axtarmaq lazımdır. Tiflis partlayışın abxaz separatçıları tərəfindən törədildiyini də istisna etmir. Cənubi Osetiya rəhbərliyi ilə yanaşı tanınmamış Abxaziya nümayəndələri də BTC-ni partladacaqları ilə bağlı hədələr səsləndiriblər. Gürcüstanı Rusiya qarşısında geri çəkilməyə məcbur etmək üçün abxaz separatçılarının partlayışı törətməsi səslənən ilkin versiyalardan biridir. Gürcü ekspertlərinin fikrincə, bu növ terror aksiyaları Gürcüstanın enerji potensialına mənfi təsir göstərir. Bu səbəbdən də kəmərin mühafizəsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Xatırladaq ki, BTC neft kəməri 2006-cı ildə işə düşüb. Kəmər 1767 kilometr uzunluğundadır. Onun 1076 kilometri Türkiyə, 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstan ərazisindən keçir. Ilk neft BTC vasitəsi ilə 2006-cı ilin may ayında ötürülüb. Kəmər ildə 50 milyon ton neft ötürmək gücündədir. Fizzə azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar