SON XƏBƏRLƏR

Olimpiada-2008 başladı(8 avqust)

2021.10.20, 07:36
Olimpiada-2008 başladı(8 avqust)

Gunaz.tv
Olimpiada-2008 başladı olimpiada-bashladi-2008.jpg Bir qədər əvvəl Çin Xalq Respublikasının paytaxtı Pekində XVIII Yay Olimpiya oyunlarının açılış mərasimi başlayıb. Lent.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, “Quş yuvası” adlanan stadionda keçirilən təntənəli açılış mərasimi üç saat davam edəcək. Mərasimdə 80-dən artıq ölkənin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Ev sahibləri tərəfindən nümayiş olunan Çin rəqsləri və kliplərindən sonra Olimpiya çempionu Li Nin Olimpiya-2008-in məşəlini yandıracaq. Daha sonra Olimpiadada iştirak edən 205 komandanın paradı keçiriləcək. Paradın önündə Yunanıstan, sonunda isə Çin milli komandası keçəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar