SON XƏBƏRLƏR

Makkeyn ərəb neftinə qarşı

2021.10.20, 07:36
Makkeyn ərəb neftinə qarşı

Gunaz.tv
Makkeyn ərəb neftinə qarşı "Xaricdən neft almaqla düşmənlərimizi zənginləşdiririk" ABŞ prezidentliyinə namizəd Con Makkeyn Amerikanın idxal neftindən asılılığını azaltmağı zəruri sayır və bunun üçün ölkə ərazisində yeni neft yataqlarının kəşfiyyatının aparılmasını və qazma şelflərinə qoyulmuş moratoriumun ləğvini təklif edir. "Biz xaricdən neft almaqla qatı düşmənlərimizi zənginləşdiririk. Yaxın Şərqdəki, Venesuela və digər ölkələrdəki rejimlər bu zənginliyin gücündən necə istifadə etməyi bilirlər. Neft sərvətləri qeyri-demokratik ölkələrə öz xalqını nəzarət altında saxlamağa - dissidentləri təqib etməyə, qadınları sıxışdırmağa, terrorizm və cinayətkar sindikatları dəstəkləməyə imkan verir",-deyə respublikaçı senator bildirib. Onun fikrincə, Vaşinqtonun OPEC və ərəb ölkələri ilə yaxınlaşması ABŞ-ın təhlükəsizliyinə təhdid yaradır. L.Hüseynli express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar