SON XƏBƏRLƏR

Rus tankları Sxinvaliyə girdi - Tiflis yaxınlığındakı hərbi baza bombalandı

2021.10.20, 07:36
Rus tankları Sxinvaliyə girdi - Tiflis yaxınlığındakı hərbi baza bombalandı

Gunaz.tv
Rus tankları Sxinvaliyə girdi - YENİLƏNİB Tiflis yaxınlığındakı hərbi baza bombalandı rus-tanklari.jpg Rusiya ordusu Gürcüstan ərazisinə hərbi təcavüz edib. Lent.az-ın xəbərinə görə, Rusiyanın İctimai telekanalı (ORT) rus tanklarının Sxinvali istiqamətində hərəkətə başladığı barədə məlumat yayıb. Rus qoşunları Gürcüstan ərazisinə Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirən Roks tuneli vasitəsilə daxil olub. Rusların ilk cəhdi uğursuzluqla nəticələnsə də, ikinci cəhd uğurlu alınıb. Rusiya mətbuatı rus tanklarının artıq Sxinvaliyə daxil olması, Gürcüstan ordusunun isə geri çəkilməsi haqda məlumat yayıb. Gürcüstanın “Rustavi 2” telekanalı isə Rusiya təyyarələrinin Cənubi Osetiyada gürcü əsgərlərinin mövqelərini bombaladığını bildirib. Su-24 və Su-27 qırıcı-bombardmançı təyyarələrdən atılan bombalar nəticəsində ən azı 5 gürcü əsgəri yaralanıb. Ölənlər barədə məlumat verilmir. Təyyarələrdən biri gürcülər tərəfindən vurulub. Qeyd edək ki, bu, gün ərzində gürcülər tərəfindən vurulan ikinci rus təyyarəsidir. Birinci təyyarə bu gün səhər Qori şəhəri üzərində vurulub. Son məlumatlara görə, Tiflis yaxınlığındakı Vaziani hərbi bazası da rus təyyarələri tərəfindən bombalanıb. Bazaya iki bomba atılıb. Tələfat yoxdur. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar