SON XƏBƏRLƏR

Gürcüstan üç saatlıq atəşkəs elan etdi_ Cənubi Osetiyada sonuncu post uğrunda döyüşlər gedir

2021.10.20, 07:36
Gürcüstan üç saatlıq atəşkəs elan etdi_ Cənubi Osetiyada sonuncu post uğrunda döyüşlər gedir

Gunaz.tv
Gürcüstan üç saatlıq atəşkəs elan etdi Cənubi Osetiyada sonuncu post uğrunda döyüşlər gedir kon-2.jpg Gürcüstanda kütləvi hərbi səfərbərlik başlayıb. Lent.az-ın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, prezident Mixail Saakaşvilinin xalqa müraciətindən sonra Kutaisidə ehtiyatda olan hərbçilərdən və könüllülərdən ibarət iki batalyon formalaşdırılaraq Cənubi Osetiyaya göndərilib. Daha bir batalyon Tiflis meriyasının binası qarşısında formalaşdırılır. Bundan başqa, Vaziani, Qori, Batumi və Senaki bazalarında da səfərbərlik gedir. Cənubi Osetiyanın paytaxtı Sxinvalidə isə küçə döyüşləri səngimək üzrədir. Hazırda Gürcüstan hökumət qoşunlarına separatçıların cəmi bircə postu müqavimət göstərir. Cənubi Osetiyanın əksər hissəsi gürcü əsgərlər tərəfindən tutulub. Gürcüstan tərəfi münaqişə bölgəsini dinc əhalinin tərk etməsi üçün 3 saatlıq – saat 15:00-dan 18:00-dək atəşkəs elan edib. Ənənəvi prizmasından çıxış edən Rusiya isə prosesə müdaxilə etmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Rusiya KİV-ləri bu ölkənin federal subyekti olan Şimali Osetiyanın prezidenti Taymuraz Mamsurovun separatçıların lideri Eduard Kokoyta ilə birlikdə Cənubi Osetiya ərazisində olduğunu və gürcü əsgərlərinə qarşı müqavimət göstərdikləri haqda məlumat yayırlar. Gürcüstan mətbuatı isə baş separatçının Rusiyaya qaçdığını yazır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar