SON XƏBƏRLƏR

TÜRKSOY rəssamlarla heykəltaraşları görüşdürəcək_ Azərbaycan da tədbirlərə qoşulur

2021.10.20, 07:36
TÜRKSOY rəssamlarla heykəltaraşları görüşdürəcək_ Azərbaycan da tədbirlərə qoşulur

Gunaz.tv
TÜRKSOY rəssamlarla heykəltaraşları görüşdürəcək Azərbaycan da tədbirlərə qoşulur Avqustun 8-dən 22-dək Türkiyənin Ədirnə şəhərində TÜRKSOY təşkilatının dəstəyilə türkdlli ölkələrin rəssamlarının "Xl TÜRKSOY görüşü" keçiriləcək. Görüşdə ölkəmizi Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının eksperti, rəssam Namiq Məmmədov təmsil edəcək. Bu barədə "OLAYLAR"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Avqustun 1-dən 30-dək isə TÜRKSOY tərəfindən İstanbul Maltepe Universitetində "Türk dünyasının heykəl simpoziumu" keçiriləcək. Bu simpoziumda isə Azərbaycanı gənc heykəltaraş Məmməd Rəşidov təmsil edəcək. olaylar -------------------------------------------------------------------- SOSİALİST PARTİYASI PREZİDENT SEÇKİLƏRİNDƏ İŞTİRAKI QEYRİ-MÜMKÜN SAYIR 07 avqust 2008-ci il tarixdə Azərbaycan Sosialist Partiyasının (ASP) Müvəqqəti Mərkəzi İcraiyyə Komitəsinin (MMİK) plenumu keçirilib. Partiyadan verilən məlumata görə, Plenum ASP-nin 15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkilərinə münasibəti məsələsinə baxıb. Bu məsələ ilə əlaqədar ASP MMİK sədri Rüstəm Şahsuvarov çıxış edib. Plenum yekdilliklə belə bir qərarı qəbul edib ki, Azərbaycanda əmələ gəlmiş tək bir partiyanın hegemonluğu, habelə mövcud seçki qanunvericiliyinin və seçki komissiyalarının tərkibinin təkmil olmaması çoxpartiyalı və bərabər yarış xarakterli seçkilərin keçirilməsinə lazımi şərait yaratmır. Belə bir şəraitdə sosialistlər Azərbaycan prezidentliyinə öz namizədini irəli sürməyi və ya başqa namizədlərdən birini dəstəkləməyi özləri üçün qeyri-mümkün hesab edirlər. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar