SON XƏBƏRLƏR

Gürcüstan DİN-in mətbuat katibi: “Qoşunlarımız Sxinvaliyə daxil olub”

2021.10.20, 07:36
Gürcüstan DİN-in mətbuat katibi: “Qoşunlarımız Sxinvaliyə daxil olub”

Gunaz.tv
Gürcüstan DİN-in mətbuat katibi: “Qoşunlarımız Sxinvaliyə daxil olub” sxinvali.jpg "Qoşunlarımız Sxinvaliyə daxil olub. Hərbçilərimiz yerli əhaliyə su, dərman ləvazimatları və digər zəruri tələbat malları paylayır”. Bu sözləri APA-ya açıqlamasında Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Şota Ovleaşvili deyib. O, əhalinin Sxinvalidən qaçışının dayandığını və bunun sevindirici olduğunu bildirib: “Bir çox istiqamətdə atışmalar dayanıb, bəzi yerlərdə isə davam edir. Əgər separatçılar atəşi dayandırsalar, biz də dayandıracağıq”. Ş. Ovleaşvilinin sözlərinə görə, Rusiya sülhməramlılarının neytral mövqe tutması da sevindiricidir: “Təəssüf ki, Gürcüstan ərazisinə bir neçə bomba atılıb və insanlar yaralanıb. Biz ümid edirik ki, Rusiya bu cür əməllərə son qoyacaq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar