SON XƏBƏRLƏR

İSTANBULDA YENİ PARTLAYIŞLAR

2021.10.20, 07:36
İSTANBULDA YENİ PARTLAYIŞLAR

Gunaz.tv
İSTANBULDA YENİ PARTLAYIŞLAR Hərbi kazarmanın yaxınlığında iki partlayış törədildi 2596.jpg Dünən İstanbulun Üsküdar məhəlləsi bələdiyyəsinə aid binanın yaxınlığında bir-birinin ardınca 3 partlayış baş verib. Partlayışlardan ikisi yaxınlıqdakı qəbiristanlıqda, biri isə zibil daşıyan avtomobildə baş verib. 3 nəfərin yüngül yaralandığı bildirilir. Partlayış nəticəsidə ətrafdakı binaların şüşələri qırılıb. Partlayışlardan sonra hadisə yerindən 1-i qadın olmaqla 2 şəxs motosikletlə qaçıb, polis onları tapmaq üçün axtarışlar aparır. İstanbul valisi Muəmmər Gülər deyib ki, hadisənin terror aktı olduğu görünür, lakin partlayışların hədəfi araşdırılır. Vali deyib ki, partlayışların minatan mərmisinin düşməsi və ya əl qumbarasının partlaması nəticəsində baş verdiyi haqda məlumatlar da var. Şahidlər isə deyiblər ki, qəbiristanlıqdan binaya tərəf iki əl bombası atılıb. Partlayışların baş verdiyi ərazinin yaxınlığında hərbi kazarma da var. Ehtimal olunur ki, terrorçuların hədəfi məhz kazarma olub. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar