SON XƏBƏRLƏR

Rus ordusu Gürcüstana girməyə cəhd etdi

2021.10.20, 07:36
Rus ordusu Gürcüstana girməyə cəhd etdi

Gunaz.tv
Rus ordusu Gürcüstana girməyə cəhd etdi ruslar-ordu.jpg Bu gün saat 12:00 radələrində Rusiyanın 58-ci ordusu Gürcüstana hərbi müdaxilə etməyə cəhd edib. Lent.az-ın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, rus ordusu Şimali Osetiyadan Gürcüstana məxsus Cənubi Osetiyaya – Roks tuneli vasitəsilə Cavsk rayonuna girməyə çalışıb. Gürcüstan Silahlı Qüvvələri rusların bu cəhdinin qarşısını alıb. Ruslar tunelin şimal hissəsinə çəkiliblər. İnsident zamanı atışma və zərərçəkənlər olması barədə məlumat verilmir. Hazırda Cavsk rayonu tamamilə gürcü əsgərlərinin mühasirəsindədir. Sxinvali küçələrində isə döyüşlər davam edir. Cənubi Osetiya paytaxtının bir çox rayonları Gürcüstan Ordusuna məxsus tanklar tərəfindən tutulub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar