SON XƏBƏRLƏR

İbrahim Tatlısəs həbs olundu

2021.10.20, 07:36
İbrahim Tatlısəs həbs olundu

Gunaz.tv
İbrahim Tatlısəs həbs olundu ibrahim-2.jpg Türkiyənin dünya şöhrətli müğənnisi İbrahim Tatlısəs həbs olunub. Lent.az-ın xəbərinə görə, Tatlısəs aktrisa və keçmiş həyat yoldaşı Dərya Tunanın 6 il öncə güllələnməsi ilə bağlı məhkəmə araşdırması çərçivəsində saxlanılıb. Müğənni D.Tunanı ayağından güllələyən Hüseyn Bozanın ifadələri əsasında həbs olunub. H. Bozan ifadəsində İbrahim Tatlısəsin ona 500 min dollar verərək, Dərya Tunanı öldürməyi sifariş etdiyini deyib. Müğənni isə bu ifadənin yalan olduğunu söyləyib. Tatlısəs deyib ki, o, Hüseyn Bozan adında şəxs tanımır və belə adamla heç bir əlaqəsi olmayıb: “Bu şəxs mənə həbsxanadan təhdid məktubları göndərib. Bu adamın məqsədi məndən pul qoparmaqdır”. İfadə verəndən sonra sərbəst buraxılan müğənni İstanbula gəlib. Bu dəfə isə o, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsi ilə bağlı sanksiyanın prokurorluq orqanları tərəfindən verildiyi bildirilib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar