SON XƏBƏRLƏR

Arxeoloji abidələr yerin altında olur

2021.10.20, 07:36
Arxeoloji abidələr yerin altında olur

Gunaz.tv
Arxeoloji abidələr yerin altında olur "Kəmərin keçdiyi yerdə abidə yoxdur" deməyə heç kimin haqqı yoxdur Bakıya çəkilən Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malikdir. Amma çox təəssüf ki, kəmər çəkilərkən arxeoloqların nəzarəti altında iş getmir. Bu barədə narahatçılığını AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev dilə gətirib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi xəttin keçdiyi yerdə abidə olmaması ilə bağlı məlumat verilib ki, bu da düzgün deyil: "Onların belə deməyə haqqı yox idi. Orada yerüstü abidə olmaya bilər, amma arxeoloji abidənin əksəriyyəti yerin altından çıxır". Dünyanın hər yerində, eləcə də Azərbaycanda da belə tikintilər gedəndə orada arxeoloqların da işlədiyini deyən professor 1946-53-cü illərdə Mingəçevir Su Elektrik Stansiyası tikiləndə də orada arxeoloji ekspedisiyaların işlədiyini bildirib. Bakı-Tbilisi-Ceyhan kəməri çəkiləndə də ərazidə beynəlxalq ekspedisiya işləyib. Su kəmərinin çəkilişində işləyən mühəndis və fəhlələrin arxeoloji abidə tapılarkən arxeoloqalara xəbər vermələrini tapşırdıqlarını bildirən İ.Babayev artıq kəmərin keçdiyi ərazilərdə eramızdan əvvəl birinci əsrlərə aid qəbirlərin, başqa abidələrin də dağıdıldığını bildirib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar