SON XƏBƏRLƏR

Metyu Brayza: “Meç vaxt Dağlıq Qarabağda "referendum"un keçiriləcəyi barədə bəyanat verməmişəm”

2021.10.20, 07:36
Metyu Brayza: “Meç vaxt Dağlıq Qarabağda "referendum"un keçiriləcəyi barədə bəyanat verməmişəm”

Gunaz.tv
Metyu Brayza: “Meç vaxt Dağlıq Qarabağda "referendum"un keçiriləcəyi barədə bəyanat verməmişəm” metyubrayza180907.jpg “Mənim verdiyim aydın açıqlamalar tərcümə olunarkən təhrif olunur. Baş vermiş səhvi dəyişməyə çalışanda isə insanlar iddia edirlər ki, mən öz mövqeyimi dəyişirəm”. Bu sözləri APA-nın ABŞ bürosuna dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. O, tərcümə zamanı baş vermiş səhvi düzəltməyə borclu olduğunu bildirib: "Belə vəziyyətdə mənim üçün ən yaxşı çıxış yolu, ümumiyyətlə, mətbuatla danışmağı dayandırmaqdır. Lakin bu halda həmsədr kimi öz funksiyamı yerinə yetirməmiş olardım". M.Brayza bir daha bəyan edib ki, heç vaxt Dağlıq Qarabağda "referendum"un keçiriləcəyi barədə bəyanat verməyib: "Mən demişəm ki, həmsədrlər “Madrid sənədi” əsasında balanşlaşdırılmış təkliflər təqdim ediblər. Həmin təkliflər erməni hərbiçilərinin Dağlıq Qarabağı əhatə edən 7 rayondan çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını, bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini, Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək dəhlizin yaradılmasını və ola bilsin ki, Dağlıq Qarabağın gələcək statusunu müəyyən edəcək yerli sakinlərin iştirakı ilə müəyyən seçki prosesinin keçirilməsini nəzərdə tutur. Qeyd etdiyim seçkinin xarakteri və vaxtı Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə müəyyən ediləcək. Baş tutarsa, bu səsvermə qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasından sonra həyata keçiriləcək və kifayət qədər vaxt aparacaq. Xüsusi olaraq qeyd edim ki, həmsədrlərin bu təklifləri barədə heç bir tərəflə hələ ki, razılaşma əldə olunmayıb". Bunu əsas gətirən M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağda sakinlərin guya "referendum" yolu ilə Azərbaycanın tərkib hissəsində qalib-qalmaması barədə qərar verəcəklərinə dair onun bəyanat verdiyini iddia etmək yanlış və qeyri-dəqiqdir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar