SON XƏBƏRLƏR

Rusiya təyyarələri Gürcüstanı bombaladı

2021.10.20, 07:36
Rusiya təyyarələri Gürcüstanı bombaladı

Gunaz.tv
Rusiya təyyarələri Gürcüstanı bombaladı su-24-qirici.jpg Gürcüstan rəhbərliyinin Cənubi Osetiya separatçılarına qarşı geniş miqyaslı əməliyyatlara başlaması Rusiyanı qıcıqlandırıb. Keçmiş SSRİ ərazisində separatçı bölgələrin ilhamvericisi olan Kreml bu dəfə dəstəyini açıqca nümayiş etdirməyə başlayıb. Lent.az-ın xəbərinə görə, bu gün səhər Rusiya ərazisindən havaya qalxan üç döyüş təyyarəsi hava sərhədlərini pozaraq, Gürcüstan ərazisinə daxil olub. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin internet saytında məlumat yerləşdirilib. Saat 10:00-da yerləşdirilən xəbərdə həmin təyyarələrin böyük ehtimalla Su-24 bombardmançıları olduğu bildirilib: “Təyyarələrdən biri Şərqi Gürcüstandakı Kareli rayon mərkəzindəki polis idarəsinin binasını və ətraf əraziləri bombalamağa başlayıb”. Gürcüstan ərazisinə iki bomba atılıb. DİN dağıntı və tələfat barədə məlumat verməyib. "Rustavi 2" telekanalı isə Rusiyaya məxsus dörd təyyarənin Gürcüstanın Qori şəhərini bombalaması haqda məlumat yayıb. Məlumata görə, təyyarələrdən biri gürcü hərbçiləri tərəfindən vurulub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar