SON XƏBƏRLƏR

300 milyon insan təhlükə qarşısında

2021.10.20, 07:36
300 milyon insan təhlükə qarşısında

Gunaz.tv
300 milyon insan təhlükə qarşısında The Guardian: "Afrikada yetişən, quraqlığa davamlı bitkilərə yaxın gələcəkdə İngiltərədə daha geniş rast gəlinəcək" Göytürk İqlim dəyişikliyi nəticəsində dünyada temperatur 4 dərəcə isinəcək. Buna görə də elm adamları önləm almaq üçün hərəkətə keçib. İngilis "The Guardian" qəzetinin manşetdən verdiyi xəbərdə dünyada istiliyin 4 dərəcə artmasının fəlakətlə nəticələnə biləcəyi vurğulanıb. Xəbərdə ingilis hökumətinin 2006-ci ildə hazırlatdığı, iqlim dəyişikliyilə bağlı önləmlər haqqında hesabatında hər il sahil daşqınlarından 7- 300 milyon arasında insanın zərər çəkəcəyi, Cənubi Afrikada sudan istifadənin 30-50 faiz azalacağı və Aralıq dənizində balıqçılıq məhsullarının 15-35 faiz azalacağı, heyvan və bitki növlərinin 20- 50 faizinin nəslinin tükənəcəyi göstərilib. Hökumətin səlahiyyətli nümayəndələrindən birinin fikrincə, İngiltərə 4 dərəcə artacaq təhlükəli bir iqlim dəyişikliyinə hazırlaşmaq üçün ciddi addımlar atmalıdır. Qəzet Mərakeş və Əlcəzair kimi ölkələrdə yetişən, quraqlığa davamlı bitkilərin yaxın gələcəkdə ingilis bağlarında daha geniş rast gəlinəcəyini yazıb. İngiltərədə dənizin səviyyəsinin artacağı və dənizdən uzaq bölgələrdə daşqınların olacağını vurğulayıb. Mütəxəssislər qışın leysan yağışları və yay aylarının daha da quraqlıq olacağını gözlədiklərini bildirirlər xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar