SON XƏBƏRLƏR

Bölgədən müharibə qoxusu gəlir_İranın nüvə proqramı ətrafında vəziyyətin kəskinləşməsi ABŞ-ın Xirosima və Nakasakiyə atom bombası atmasının ildönümünə təsadüf edir

2021.10.20, 07:36
Bölgədən müharibə qoxusu gəlir_İranın nüvə proqramı ətrafında vəziyyətin kəskinləşməsi ABŞ-ın Xirosima və Nakasakiyə atom bombası atmasının ildönümünə təsadüf edir

Gunaz.tv
Bölgədən müharibə qoxusu gəlir İranın nüvə proqramı ətrafında vəziyyətin kəskinləşməsi ABŞ-ın Xirosima və Nakasakiyə atom bombası atmasının ildönümünə təsadüf edir irannuve.jpg Tehran BMT Təhlükəsizlik Şurasının və Almaniyanın ("altılar") nüvə probleminin həllinə dair ötən ay Cenevrədə təqdim etdiyi təkliflərə iki günlük gecikməklə cavab verib. İranın Ali Təhlükəsizlik Şurasının katibi, ölkənin nüvə məsələsilə bağlı danışıqlarında diplomat qrupuna rəhbərlik edən Səid Cəlili Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solonaya avqustun 4-də zəng vuraraq cavabın hazır olduğunu söyləyib. Rəvan Məmmədli Cavabı Havyer Solonaya İranın Brüsseldəki səfiri çatdırıb. Lakin bu cavabda cənub qonşumuzun "altılar"ın təkliflərini qəbul edib-etmədiyinə konkret heç nə deyilmir. Səid Cəlilinin hazırladığı məktub ümumi ifadələrdən ibarətdir. Bildirilir ki, Tehran özü yaranmış vəziyyətdən çıxış yolu olaraq "altılar"a bəzi təkliflər ünvanlayır. Qeyd olunur ki, İran yaxın vaxtlarda zənginləşdirimiş uran proqramını dayandırmaq barədə çağırışlara aydın cavab verəcək və bu proqramı dayandıracaq. Amma bunun üçün "altılar"ın da Tehranın suallarına aydın cavab vermələri zəruri sayılır. Xatırladaq ki, Cenevrədə ilk dəfə ABŞ Dövlət Departamentinin üçüncü vəzifəli şəxsinin də qatıldığı danışıqlar zamanı "altılar" Tehrana uranın zənginləşdirilməsi proqramını dayandırmaq üçün bir sıra stimulları nəzərdə tutan təkliflər verib. Bu təkliflərə cavab verilməsi üçün İrana avqustun 2-ə qədər vaxt verilmişdi. Lakin cavab gəlmədi, ABŞ və Avropa Birliyi 2 gün də gözləyə biləcəklərini bəyanladılar. Ancaq İrandan alınan cavab heç kimi qane etmir. ABŞ Dövlət Departamentindən bildirilib ki, Tehran beynəlxalq ictimaiyyəti çaşdırmaq və düzgün cavabdan yayınmaq istəyir. Qərb mətbuatının yazdığına görə, "altılar"ın nümayəndələri öz aralarında telefonla İranın cavabını müzakirə ediblər. Ümumi mövqe belə olub ki, cənub qonşumuz gözlənən cavabı verməyib, ona görə də yeni sanksiyaların tətbiqi barədə danışıqlara başlamaq lazımdır. ABŞ BMT Təhlükəsizlik Şurasında Tehrana qarşı yeni sanksiyaları nəzərdə tutan qətnamə ilə bağlı məsləhətləşmələrin tezliklə başlanmasına tərəfdardır. Qeyd edək ki, İranın nüvə proqramıyla bağlı buna qədər iki dəfə BMT Thəlükəsizlik Şurası qətnamə qəbul edib, vaxt verib, ancaq Tehran niyyətindən əl çəkməyib, nüvə silahı yaratmadığını, atom enerjisindən dinc məqsədlə istifadəyə hazırlaşdığını bəyanlayıb. Həmin qətnamələrdə tələbin yerinə yetirilməyəcəyi halda bir sıra iqtisadi (maliyyə sanksiyası, İran banklarıyla əlaqənin dayandırılması və s.) sanksiyalar nəzərdə tutulmuşdu və həyata keçirilir. Bəlkə də tarixin acı ironiyasıdır ki, İranın nüvə proqramı ətrafında vəziyyətin növbəti dəfə kəskinləşməsi ABŞ-ın Yaponiyanın Xirosima və Nakasaki şəhərlərinə (6 və 9 avqustda-red.) atom bombası atmasının 63-cü ildönümünə təsadüf edir. Bu proseslər həm də məhz Azərbaycanın yaxın qonşusu-İran ətrafında cərəyan etməkdədir. 1945-ci ildəki atom bombasının yaratdığı dəhşət, ağrı-acı unudulmadığı üçün bizlər də sözsüz ki, narahat olmaya bilmərik. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Hikmət Hacızadə deyir ki, böyük ehtimalla bu dəfə ABŞ BMT Təhlükəsizlik Şurasında iqtisadi sanksiyaların daha da sərtləşdirilməsiylə bağlı üçüncü qətnamənin qəbuluna nail olacaq. Ancaq o, həmin iqtisadi sanksiyanın konkret nələrdən ibarət olacağını proqnozlaşdırmağı çətin sayır: "Məncə, indiki mərhələdə İranın neft satışının məhdudlaşdırılması istiqamətində addımlar atıla bilər". Ancaq "altılıq"ın son təklifindən sonra Qərbdə bir sıra ekspertlər Tehranın mənfi cavab verəcəyi təqdirdə ABŞ-ın İsraillə birlikdə İranın nüvə obyektlərinə hava zərbəsi endirə biləcəyini söyləmişdilər. Hikmət Hacızadə bunu da istisna saymır. Politoloq onu da vurğulayır ki, Xerosima və Hakasakidə yaşanan dəhşətli olayların bölgəmizdə təkrarlanması ehtimalı çox qorxuludur: "Ona görə də Azərbaycan dövlət səviyyəsində proseslərin müxtəlif istiqamətlərdə axarına hazır olmalıdır". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar