SON XƏBƏRLƏR

MSK prezidentliyə altı nəfərin namizədliyini təsdiqlədi

2021.10.20, 07:36
MSK prezidentliyə altı nəfərin namizədliyini təsdiqlədi

Gunaz.tv
MSK prezidentliyə altı nəfərin namizədliyini təsdiqlədi msk-yeni.jpg Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin namizədliyi təsdiq edilib. MSK katibi Natiq Məmmədov bildirib ki, YAP-ın avqustun 2-də keçirilmiş qurultayında namizədin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib, sözügedən qərar və qanunda nəzərdə tutulmuş digər sənədlər YAP-ın namizədinin irəli sürülməsi ilə bağlı müraciətə əlavə edilib. İclasda, həmçinin Ümid partiyasının sədri İqbal Ağazadənin, namizədliyi özü tərəfindən irəli sürülmüş Yaşar Əhmədovun, Vüqar Seyidovun, Əlimuxtar Əkbərovun, Sevinc Quliyevanın namizədliyi təsdiq edilib. İclasda bəzi normativ xarakterli aktlar qəbul edilib. Qanuna görə, namizədliyi təsdiq olunmuş şəxslər MSK-dan imza vərəqələri götürərək imzaların toplanmasına başlaya bilərlər. Qeyd edək ki, namizədliyin qeydə alınması üçün ən azı 40 min seçici imzasını toplamaq tələb olunur. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar