SON XƏBƏRLƏR

İşğal olunan ərazilərdə kürd taborları

2021.10.20, 07:36
İşğal olunan ərazilərdə kürd taborları

Gunaz.tv
İşğal olunan ərazilərdə kürd taborları Artıq 2 taborda 1000-nə yaxın döyüşçü toplanıb Azarbaycanın işğal olunan əraziləri-Qubadlı, Zəngilan və Laçında ermənilər tərəfindən kürdlərdən hazırlanan iki tabor yerləşdirilib. Taborlardakı döyüşçülərin sayı 100 nəfərdir. Bu barədə məlumat verən Azərbaycanın İşğal Olunan Ərazilərindəki Abidələrin Müdafiəsi İctimai Birliyinin sədri F.İsmayılovun sözlərinə görə, ermənilər öz terrorçu dəstələrinə daha yaxşı döyüşçülər olan kürd terrorçularını da əlavə edir və onları burada muxtariyyat verilməsi fikri ilə aldadırlar. F.İsmayılovun sözlərinə görə, Ermənistana hazırda 40 minə yaxın kürd əhali gəlib ki, ermənilər onları Azərbaycanın işğal olunmuş Füzuli, Qubadlı, Laçın və Zəngilan bölgələrində yerləşdirməyi planlaşdırır. Vaxtilə ermənilərin də Azərbaycan ərazisinə bu formada yerləşdirildiyini qeyd edən birliyin rəhbəri rusların ermənilərə etdiyi qəyyumluğu indi də ermənilərin kürdlərə göstərdiyini vurğulayıb. Qeyd olunub ki, kürd əhalinin Ermənistana gəlməsi təsadüf deyil, xüsusi həyata keçirilən prosesdir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar