SON XƏBƏRLƏR

“Karabakh Telecom” “Avea”nı aldadıb

2021.10.20, 07:36
“Karabakh Telecom” “Avea”nı aldadıb

Gunaz.tv
“Karabakh Telecom” “Avea”nı aldadıb avea.jpg Türkiyənin Azərbaycandakı səfirliyi separatçıların şirkətinin ünvanını səhv göstərdiyini açıqladı Türkiyənin Azərbaycandakı səfirliyi Dağlıq Qarabağ separatçılarının “Karabakh Telecom” şirkəti ilə Türkiyənin “Avea” şirkəti arasında müqavilə imzalanması barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb. Səfirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamadan “Karabakh Telecom”un “Avea”nı aldatdığı bəlli olub. Açıqlamada deyilir: “Aazərbaycan mətbuatında ötən günlərdə çıxan bəzi xəbərlərdə Dağlıq Qarabağda fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə yüzə yaxın ölkənin şirkətinin müqavilə imzaladığı və bu şirkətlər arasında Türkiyənin “Avea” Rabitə Xidmətləri Qapalı Səhmdar Cəmiyyətinin də olduğu bildirilib. Mövzu ilə əlaqədar olaraq məlumat tələb edilən “Avea” Rabitə Xidmətləri QSC-dən alınan cavabda həm müqavilədə, həm də yazışmalarda adresini səhv bildirdiyi məlum olan “Karabakh Telecom” ilə 13 mart 2005-ci tarixində imzalanan dövriyə müqaviləsinə əsasən beynəlxalq dövriyə xidmətinin qarşılıqlı olaraq 2005-ci ilin aprel ayında açıldığı, ancaq bu şirkətin ünvanını səhv bildirdiyi, 5 avqust 2008-ci ildə məlum olduqdan sonra ikitərəfli müqavilənin eyni gün pozularaq beynəlxalq dövriyə xidmətinin hər iki tərəfdən bağlandığı bildirilir”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar