SON XƏBƏRLƏR

Dünya fəlakətə sürüklənir

2021.10.20, 07:36
Dünya fəlakətə sürüklənir

Gunaz.tv
Dünya fəlakətə sürüklənir Qlobal iqlim dəyişikləri nəticəsində Yerin orta temperaturu 4 dərəcə qalxacaq. Alimlərin dediklərinə görə, havaların bu qədər qızması bəşəriyyəti fəlakət qarşısında qoyacaq. Qlobal istiləşmə və onun doğura biləcəyi fəsadlarla bağlı Böyük Britaniya hökumətinin sifarişi ilə Oksford, Kembric və Kornuoll universitetlərinin hazırladıqları hesabatda bildirilir ki, istiləşmə nəticəsində dünya okeanında suyun səviyyəsi qalxacaq, daşqınlar nəticəsində 7 il ərzində 300 milyon insan həlak olacaq. Cənubi Afrikada içməli su ehtiyatları 30-50% azalacaq, Aralıq dənizi sahillərindəki ölkələrdə kənd təsərrüfatı məhsulu istehsalı 15-35% aşağı düşəcək, qlobal miqyasda heyvan və bitki növlərinin 50%-nin nəsli kəsiləcək. "Belə gedərsə, Mərakeş və Əlcəzair kimi ölkələrdə bitən, quraqlığa davamlı olan bitkilərin ingilislərin bağ və bağçalarında geniş yayılması mümkündür. Qışlar leysan yağışları və qasırğalar, yaylar isə quraqlıq və dəhşətli istilərlə müşaiyət olunacaq", - hesabatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar