SON XƏBƏRLƏR

Rusiyanın Perm vilayətində rusların çeçen və azərbaycanlılarla davası nəticəsində iki nəfər ölüb

2021.10.20, 07:36
Rusiyanın Perm vilayətində rusların çeçen və azərbaycanlılarla davası nəticəsində iki nəfər ölüb

Gunaz.tv
Rusiyanın Perm vilayətində rusların çeçen və azərbaycanlılarla davası nəticəsində iki nəfər ölüb 20080808114337_1.jpg Perm vilayətinin Karaqay şəhərində rus millətçilərilə çeçen və azərbaycanlılardan ibarət qrup arasında dava düşüb. «Permskiy vestnik» informasiya agentliyinin yaydığı məlumata əsasən, iki nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Baş vermiş qarşıdurma zamanı habelə rayon milis idarəsinin rəisi və bir neçə əməkdaşı da döyülüb. Hüquq-mühafizə orqanları baş vermiş davaya əsas səbəb kimi - hər iki tərəfdən olan şəxslərin alkoqollu içki qəbul etməsini və milli zəmində mübahisələri göstərib. O da xəbər verilir ki, bir neçə gün əvvəl şəhərdə aparılan inşaat işləri zamanı qaldırıcı kranın aşması nəticəsində daha bir azərbaycanlı ölüb. Həmin şəxs tikintidə Baş mühəndis olub, kran isə düz onun oturduğu otağın üstünə düşüb. Araşdırmalar nəticəsində fəhlələr biliblər ki, həmin kranı həmin vaxt sərxoş vəziyyətdə olan rus işçi idarə edibmiş. Bundan sonra tikintidə çalışan çeçen və azərbaycan milliyyətindən olan fəhlələr onu döyüblər və bu zəmində daha bir dava baş verib. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar