SON XƏBƏRLƏR

ABŞ konqresmeni “soyqırım” haqda sual verən erməni jurnalisti zaldan qovub

2021.10.20, 07:36
ABŞ konqresmeni “soyqırım” haqda sual verən erməni jurnalisti zaldan qovub

Gunaz.tv
ABŞ konqresmeni “soyqırım” haqda sual verən erməni jurnalisti zaldan qovub stivkoen1.jpg Vaşinqton – APA. ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Stiv Koen mətbuat konfransı zamanı ona uydurma “erməni soyqırımı” barədə sual verən jurnalisti zaldan qovub. APA-nın “Panarmenian” agentliyinə istinadən verdiyi məlumata görə, Kaliforniyada fəaliyyət göstərən ictimai telekanalda çalışan Piter Musurlyan adlı jurnalist konqresmendən hansı səbəbdən “soyqırım” haqqında qanun layihəsinin əleyhinə çıxdığını soruşub. S. Koen isə qəzəblənərək ondan zalı tərk etməsini istəyib və saxta “soyqırım” haqqında qanun layihəsinə qarşı mübarizəni davam etdirəcəyini bildirib. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan konqresmenin bu hərəkətini xuliqanlıq adlandırıb. Qeyd edək ki, 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrin soyqırım kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin altında 219 konqresmenin imzası var.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar