SON XƏBƏRLƏR

İran "daş dövrü"ndən çıxır Şallaq dövrü isə davam edir

2021.10.20, 07:36
İran "daş dövrü"ndən çıxır Şallaq dövrü isə davam edir

Gunaz.tv
İran "daş dövrü"ndən çıxır Şallaq dövrü isə davam edir İran parlamenti daşqalaq vasitəsilə edamın ləğv edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcək. Edam cəzasına layiq görülmüş 5 məhbus barədə daşqalaq hökmü artıq ya şallaq cəzası, ya da uzunmüddətli həbslərlə əvəzlənib. Ötən ay ölkədəki hüquq müdafiəçiləri daşqalaq olunması gözlənilən doqquz məhbusla bağlı narahatlıqlarını bildirmişdilər. Məhbuslardan 27-43 yaş arasında olan 5 qadın zinada, 50 yaşlı musiqi müəllimi isə tələbəsi olan qıza təcavüz etməkdə suçlanmışdı. Şəriətə görə, zina etdiyi sübuta yetirilən kişi belinə, qadın isə çiyinlərinədək torpağa basdırılaraq daşqalaq olunur. 2002-ci ildə İranın baş hakimi ayətullah Mahmud Şəhrudi daşqalaqlar edamlarının həyata keçirilməsinə moratorium qoysa da, ötən ilin iyun ayında ölkənin şimal-qərbində Cəfər Kiyani zinada suçlanaraq daşqalaq edilmişdi. Qeyd edək ki, bu ilin əvvəlindən bəri İranda 160 nəfər asılıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar