SON XƏBƏRLƏR

Türkiyənin AVEA şirkəti “Karabakh Telecom”la müqaviləni ləğv edib

2021.10.20, 07:36
Türkiyənin AVEA şirkəti “Karabakh Telecom”la müqaviləni ləğv edib

Gunaz.tv
Türkiyənin AVEA şirkəti “Karabakh Telecom”la müqaviləni ləğv edib avea.jpg Bakı – APA. Türkiyənin AVEA Rabitə Xidmətləri Qapalı Səhmdar Cəmiyyəti “Karabakh Telecom”la 2005-ci il martın 13-də bağladığı müqaviləni ləğv edib. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dağlıq Qarabağda fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə yüzə yaxın ölkənin şirkətinin müqavilə imzaladığı və bu şirkətlər arasında AVEA şirkətinin olduğu da üzə çıxıb. Mövzu ilə əlaqədar məlumat tələb edilən AVEA Rabitə Xidmətləri QSC-dən alınan cavabda “Karabakh Telecom”un həm müqavilədə, həm də yazışmalarda ünvanını səhv bildirdiyi qeyd olunub. AVEA-dan, həmçinin bildirib ki, “Karabakh Telecom”la dövriyyə müqaviləsinə əsasən, beynəlxalq dövriyyə xidməti qarşılıqlı olaraq 2005-ci ilin aprelində açılıb. Ancaq 2008-ci il avqustun 5-də bu şirkətin öz ünvanını səhv bildirməsi məlum olduqdan sonra elə həmin gün ikitərəfli müqavilə pozulub və beynəlxalq dövriyyə xidməti hər iki tərəfdən bağlanılıb. Qeyd edək ki, AVEA ilə “Karabakh Telecom” arasında əməkdaşlığın olduğunu APA üzə çıxarıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar