SON XƏBƏRLƏR

Ermənistan ordusu son 6 ay ərzində 32 hərbiçi itirib

2021.10.20, 07:36
Ermənistan ordusu son 6 ay ərzində 32 hərbiçi itirib

Gunaz.tv
Ermənistan ordusu son 6 ay ərzində 32 hərbiçi itirib Məlumatı erməni hərbi prokuroru Armen Xaçaturyan verib. Armen Xaçaturyanın açıqlmasnıa görə, orduda qeyd alınan 32 ölüm halının 17 –si hərbi xidmət zamanı baş verib. 2 hərbiçinin Azərbaycan tərəfindən öldürüldüyünü qeyd edən prokror daha iki əsgərin bir birini güllədiyini bildirir. Bir əsgər isə mina partlaması nəticəsndə ölüb. Erməni ordusunda sui-qəsd hallarının mövcud olduğunu deyən Armen Xaçaturayn iki erməni əsgərinind ə bu üzdən dünyasını dəyişdini açıqlayıb. Digər ölümlərə isə xəstəliklər səbəb olub. Ermənistan baş prokurorun müavini bu faktları dünən keçirilmiş kollegiya iclasında söyləyib. Xaçaturyanın sözlərinə görə, 2008-ci ilin yanvar ayından iyun ayına qədər Ermənistan ordusunda 1242 fövqaladə hal olub ki, bunlardan 846 sı bədbəxt, 396 sı isə cinayət hadisəsidir. Hərbi prokurorun keçən illə müqayisədə bu il orduda bədbəxt hadisələrin 246, cinayət hadisəlirin sayında isə 60 faktın artdığını deyib. Armen Xaçaturyan qeyd edib ki, keçən ilin birinci yarasında 43 cinayət hadisəsi qeydə alındığı halda bu ilin ilk 6 ayı ərzində bu rəqəm 47- yə çatıb. Bu ilin ilk yarısında orduda 14 hərbiçinin öldürülməsinə cəhd göstərilib. ucnoqta

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar