SON XƏBƏRLƏR

Obamaya şok

2021.10.20, 07:36
Obamaya şok

Gunaz.tv
Obamaya şok article_1218102518.gif Demokratlar Partiyasının prezidentliyə namizədi Barak Obamanın az öncə 47 yaşı tamam oldu. Ancaq Obama, doğum günündə xoşagəlməz bir sürprizlə qarşılaşdı. Respublikaçı namizəd Makkeyn ilk dəfə bir anketdə Obamanı keçdi. Makkeyn qarşısındakı üstünlüyü getdikcə azalan Obamanın, 46 faiz dəstəklə rəqibindən geri qalması demokratları pərişan etdi. //Rəşad Səfərov, QayNar ------------------------------------------------------------------------ Bin Ladenin sürücüsü terrorizmi dəstəkləməkdə günahkar bilinib article_1218093223.gif ABŞ hərbi qüvvələrinin zabitlərindən ibarət münsiflər məhkəməsi "Əl-Qaidə" liderinin keçmiş sürücüsü Səlim Həmdanı terrorizmə dəstək verməkdə günahkar tanıyıblar. Qərar ABŞ-ın Kubada Quantanamo hərbi bazasında ilk tam məhkəmə prosesindən sonra elan edilib. Həmdan ömürlük həbs cəzasına məhkum edilə bilər. Ağ Ev bildlrib ki, Həmdanın hərbi məhkəməsi ədalətli keçib. Ağ Evin mətbuat katibi Toni Fratto bildirib ki, Həmdana özünü müdaifə etmək imkanı verilib. İki həftə sürən məhkəmə zamanı prokurorlar Həmdanın "Əl-Qaidə"nin fəal üzvü olaraq, terror qruplarına silah çatdırdığını və Bin Ladeni qorumağa kömək etdiyini bildiriblər. Lakin müdafiə yəmənli Həmdanın "Əl-Qaidə" üzvü olmadığını bildirib. Həmdan 2002-ci ildə həbsxana açıldıqdan sonra Quantanamoda məhkəməsi keçirilən ilk məhbusdur. // VOA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar