SON XƏBƏRLƏR

Ermənilər azərbaycanlını altı aydır əsir saxlayırlar

2021.10.20, 07:36
Ermənilər azərbaycanlını altı aydır əsir saxlayırlar

Gunaz.tv
Ermənilər azərbaycanlını altı aydır əsir saxlayırlar hebs_070808.jpg Ermənistanın uzun müddətdir, Azərbaycan vətəndaşı olan mülki şəxsi əsir saxladığı məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, Ağstafa rayon sakini olan Arzu Eyyubov bu il fevralın 19-da cəbhənin Ağstafa-İcevan istiqamətində qeyri-müəyyən şəraitdə əsir götürülüb. Ş.Sayılov əsirin səhhəti ilə bağlı məlumatsız olduqlarını, onun qaytarılması istiqamətində danışıqlar aparıldığını deyib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin əməkdaşı Gülnaz Quliyeva isə bildirib ki, qurumun nümayəndələri sonuncu dəfə Ermənistanda saxlanılan əsirə bu il iyulun 18-də baş çəkiblər. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar