SON XƏBƏRLƏR

Vəfa Quluzadə: «Düşünmürəm ki, Avropa Ittifaqının Fransanı həmsədr postunda əvəzləməsi münaqişənin həllinə pozitiv təsir göstərəcək»

2021.10.20, 07:36
Vəfa Quluzadə: «Düşünmürəm ki, Avropa Ittifaqının Fransanı həmsədr postunda əvəzləməsi münaqişənin həllinə pozitiv təsir göstərəcək»

Gunaz.tv
Həmsədirlik - Avropa Ittifaqı, yoxsa Fransa?.. vefa_quluzade.jpg Vəfa Quluzadə: «Düşünmürəm ki, Avropa Ittifaqının Fransanı həmsədr postunda əvəzləməsi münaqişənin həllinə pozitiv təsir göstərəcək» “Qarabağ probleminin həlli Fransanın həmsədrliyinin Avropa Ittifaqı ilə əvəzlənməsindən asılı deyil. Problemin həlli daha çox Rusiyadan asılıdır”. Bu sözləri politoloq Vəfa Quluzadə Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzerin açıqlamasına münasibət bildirərkən deyib. S.Freyzerin fikrincə, Fransanın Avropa Ittifaqına sədrliyi başa çatdıqdan sonra, bu dövləti ATƏT-in Minsk Qrupundakı həmsədrlik postunda sözügedən qurumla əvəzləmək daha məqsədəuyğun olardı. S.Freyzer hesab edir ki, bu əvəzləmə problemin həllinə effektli təsir edə bilər. V.Quluzadənin qənaətincə, Avropa təşkilatları Qarabağ probleminin əsas həll olunmama səbəbini etiraf etməlidirlər. Qarabağ probleminin indiyə qədər həll olunmamasının səbəbini Rusiyada axtarmağın tərəfdarı olan V.Quluzadə bildirdi ki, Moskva bölgəyə nəzarəti əldən verməmək üçün bu cür siyasət yürüdür: “Rusiyanın geosiyası maraqları tələb edir ki, Qarabağ problemi elə həll olunmamış qalsın. Rusiya Cənubi Qafqazı itirməmək üçün buradakı münaqişələr vasitəsiylə region dövlətlərinə təsir etmək istəyir. Cənubi Osetiya, Abxaziya və Qarabağ problemləri Rusiyanın Qərbin regiondakı siyasətinə cavabıdır. Bu münaqişələr qaldıqca isə Cənubi Qafqaz regionunun Qərbə tam formada inteqrasiyası mümkünsüz olur. Ona görə düşünmürəm ki, Avropa Ittifaqının Fransanı həmsədr postunda əvəzləməsi münaqişənin həllinə pozitiv təsir göstərəcək”. Vaxtı ilə Fransa və Rusiyanın birləşərək ATƏT-in Minsk Qrupunda Amerikanın həmsədr olmasına qarşı çıxmasını xatırladan V.Quluzadə bildirdi ki, məhz Azərbaycanın təkidi ilə Amerika həmsədr postuna gətirilsə də, bu münaqişənin həllində elə bir ciddi irəliləyişə səbəb olmadı. “Rusiya hələ də nüvə dövləti olaraq qalır. Amma Amerika Rusiyanın əvvəlki müstəmləkələrindən onu sıxışdırıb çıxarır. Bura Yuqoslaviyanı, Kosovanı, Baltikyanını, Ukraynanı misal gətirmək olar. Hələlik bu sıyahıya Cənubi Qafqaz regionu tam formada daxil edilməyib. Amma bu mübarizənin müəyyən mərhələsində növbə Qarabağ probleminə də gələcək”,- deyə V.Quluzadə vurğuladı. Xəyal azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar