SON XƏBƏRLƏR

Diversifikasiyanın faydası_BTC dayanadı, Bakı-Supsa kəməri işə düşdü

2021.10.20, 07:36
Diversifikasiyanın faydası_BTC dayanadı, Bakı-Supsa kəməri işə düşdü

Gunaz.tv
Diversifikasiyanın faydası BTC dayanadı, Bakı-Supsa kəməri işə düşdü Dünən səhər BTC-də baş verən yanğınla bağlı əsas boru kəməri ilə neftin nəqli dayandırılıb. Bakı-Supsa neft kəmərində isə uzun müddətdən bəri davam edən təmir işləri başa çatıb və dünəndən bu marşrutla Azərbaycan neftinin dünya bazarlarına nəqli bərpa olunub. "BP-Georgia" şirkətinin yaydığı məlumata görə, hazırda bu kəmərlə neft nəqlinin həcmi sutkada 10 min bareldir. "Tədricən bu göstərici 145 min barellik layihə gücünə çatacaq", -deyə şirkətin nümayəndəsi bildirib. Xatırladaq ki, Bakı-Supsa kəmərinin Gürcüstana düşən 150 km-lik hissəsində ciddi qüsurlar aşkarlandığı üçün 2006-cı ilin noyabrında BP şirkəti bu kəmərlə neft nəqlini dayandırmışdı. Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində inşa edilən və 1999-cu il aprelin 17-də istismara verilən Bakı-Supsa kəməri ilə təmirə dayananadək 300,6 mln barel neft nəql edilib. A.Həmid express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar