SON XƏBƏRLƏR

Səddamın sarayında kürd-amerikan işrəti

2021.10.20, 07:36
Səddamın sarayında kürd-amerikan işrəti

Gunaz.tv
Səddamın sarayında kürd-amerikan işrəti ishret_7avg.jpg İraqın mərhum diktatoru Səddam Hüseynin Tikritdəki sarayında ABŞ-ın bu ölkədəki hərbi kontingentinin hərbiçiləri ilə kürdlərin axşam ziyafətlərindən birinin videoyazısı yayılıb. Kürdlərin "Axşam aləmi" adlandırdıqları bu eyş-işrət gecəsində içib sərxoş olan və kreslolara yayxanan amerikalı əsgərlərlə zabitlərin qarşısında göbək atan kürd qadınlar az qala dəridən-qabıqdan çıxır, "hörmətli qonaq"ların xoşuna gəlməyə çalışırlar. Zalın divarlarında İraq prezidenti Cəlal Tələbaninin portretləri və İraq bayraqları vurulsa da, onların arasında Süleymaniyyədən gətirilmiş "Kürdüstan" bayraqları da az deyil. Ystündəki paltarları çıxarmağa başlayan bir kürd rəqqasə qadın amerikalı əsgərlərin masasına çıxır, orada rəqs edir. Masa qırılanda yerə yıxılan qadın sərxoş qəhqəhələr çəkərək yenidən ayağa durur və rəqsinə davam edir. 2006-cı ilin sentyabrın 26-da lentə alınmış bu videoyazıda bir kürd zabitin arvadı da yerində rəqs edir. Bu zaman ərlə-arvada yaxınlaşan digər kürd zabit qadının əlindən tutaraq amerikalı leytenantın yanına aparır. Qadın amerikalının qucağına oturur və zalın ortasında yallı gedən kürd "peşmərgə"lərə baxaraq hırıldayır. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar