SON XƏBƏRLƏR

ANTALYA MEŞƏ YANĞINLARINDAN SONRA CƏHƏNNƏMƏ ÇEVRİLİB

2021.10.20, 07:36
ANTALYA MEŞƏ YANĞINLARINDAN SONRA CƏHƏNNƏMƏ ÇEVRİLİB

Gunaz.tv
ANTALYA MEŞƏ YANĞINLARINDAN SONRA CƏHƏNNƏMƏ ÇEVRİLİB Minlərlə hektar yaşıllıq məhv olub, yanğınlar isə hələ də davam edir Türkiyənin ən məşhur kurort bölgəsi olan Antalyada bir həftəyə yaxındır davam edən meşə yanğınları nəhayət ki, səngiyib. Hökumət rəsmilərinin verdiyi məlumatlara görə, minlərlə hektar meşə sahəsinin məhv olduğu, çoxlu sayda yaşayış evinin yandığı və azı 2 nəfərin həlak olduğu meşə yanğınları güclü küləyin səngiməsi ilə bir neçə bölgədə nəzarət altına alınıb. Buna baxmayaraq yanğınlar bəzi bölgələrdə hələ də davam edir. Rəsmilər yanğınların təxribat nəticəsində baş verdiyini istisna etmir. Yanğından bölgədəki çoxlu sayda yaşayış məntəqəsi ziyan çəkib, ev heyvanları, əkin sahələri məhv olub, insanlar evsiz-eşiksiz qalıb. Yanğından ziyan çəkənlərə yardım üçün bölgəyə humanitar yardım göndərilib, baş nazir Rəcəb Tayyib Ərdoğanın da dünən bölgəyə gedəcəyi gözlənilirdi. Mətbuatın yazdığına görə, yanğınlardan sonra Antalyanın hər il milyonlarla turist cəlb edən meşə sahələri cəhənnəm mənzərələrini xatırladır. Son məlumatlara görə, yanğın bölgəsində 60-dan çox ev tamamilə kül olub, onlarla ev isə qismən yanıb, 700-ə yaxın kəndli ailəsi ziyan çəkib, minlərlə ev heyvanı tələf olub. Müxalifət isə hesab edir ki, hökumət yanğınları söndürmək üçün yetərli fəaliyyət göstərə bilməyib. Belə ki, Türkiyədə meşə yanğınlarına qarşı istifadə olunan cəmi 2 amfibiya təyyarə var və hökumət indiyədək bu tipli yeni təyyarələrin alınmasını təmin etməyib. Həmçinin müxalifətdə hesab edirlər ki, hökumət qüvvələri yanğına vaxtında müdaxilə etməyib. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar