SON XƏBƏRLƏR

Türkiyədə universitet rektorlarını kim təyin edir

2021.10.20, 07:36
Türkiyədə universitet rektorlarını kim təyin edir

Gunaz.tv
Türkiyədə universitet rektorlarını kim təyin edir 20080607142057turkey.jpg Türkiyədə 10-dan çox universitet müəllimləri ölkə prezidenti kolleclərə rektorları təyin edərək dünyaviçilərə qarşı ayrı-seçkiliyə yol verir deyə istefa ediblər. Ölkə qanunlarına görə, rektoru universitet işçiləri səsvermə yolu ilə seçirlər, prezident isə ənənəvi olaraq onların seçimini təsdiq edir. Lakin bu il prezident Abdulla Gül 9 yaxın universitetin seçimini rədd edib və bu, belə iddialara əsas yaradıb ki, o, hakim AK partiyasına rəğbət bəsləyənləri bu vəzifəyə təyin edir. Prezident Gül rekord sayda universitetlərdə rektor vəzifəsinə seçilmiş namizədləri rədd edib və bu, universitet müəllimlərinin istefa verməsi dalğasına səbəb olub. Prezidentin tənqidçiləri deyirlər ki, o, bilərəkdən hakim AK partiyasına yaxın olanları rektor vəzifəsinə təyin edir. Universitet rektorları ənənvi olaraq Türkiyənin dünyavi istablişmentinin ayrılmaz bir hissəsi hesab olunur. Lakin indi bir çoxları ehtiyat edirlər ki, bu ənənə AK partiyası dövründə artıq dəyişir. Məsələn, Akdeniz universitetində həmkarları tərəfindən səs çoxluğu ilə rektorluğa seçilmiş, lakin namizədliyi prezident tərəfindən rədd edilmiş şəxs iddia edir ki, o, universitet şəhərçiyində tələbə qızların başlarını örtməsinin əleyhinə çıxış etdiyinə görə rektor vəzifəsinə təsdiq edilməyib. Bütün bu mübahisələr bir daha göstərir ki, Türkiyədə son vaxtlar müşahidə olunan siyasi gərginlik hələ də öz həllini tapmayıb. Əksinə, hələ bir gədər də şiddətlənə bilər. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar