SON XƏBƏRLƏR

Avropaya enerji tranziti münaqişələrin həllindən keçir

2021.10.20, 07:36
Avropaya enerji tranziti münaqişələrin həllindən keçir

Gunaz.tv
“Avropaya enerji tranziti münaqişələrin həllindən keçir” 20080805120736wsj203.jpg Bunu vurğulyaın The Wall Street Journal qəzeti yazır ki, enerji ixracını təmin etmək üçün Avropa Qafqaz münaqişələrin tənzimləməsi ilə yaxından məşğul olmağa başlayır. Nüfuzlu nəşr əqaləsini zorakılıq barədə bəhs edən Qafqaz xəbərləri ilə müşayiət edir. Cənubi Osetiyada həftəsonu 6 nəfərin ölməsi ilə nəticələn atışma, deyilir məqalədə, mühüm boru kəmərlərinin keçdiyi ərazilərin bilavasitə yaxınlığında baş verib. The Wall Street Journal yazır ki, Avropa Rusiyadan asılılığını azaltmaq istəyirsə bu kimi xəbərlər keçmişdə qalmalıdır: "Neft və qaz boru kəmərləri tranzitini sabit saxlamaq məqsədi ilə dondurulmuş münaqişələr tənzimlənməlidir " , – yazır The Wall Street Journal The Wall Street Journal bu səpkidə Dağlıq Qarabağ, Cənubi Osetiya ilə Abxaziya münaqişələrinin həllinə diqqət yetirir. "Avropa ağır çəkililəri əvvəl bu məsələyə biganə qalsalar artıq fəallaşmaq üzrədirlər". Bu yerdə The Wall Street Journal Almaniyanın xarici işlər naziri Frank - Valter Ştaynmayerin Abxaziyaya dair yeni təşəbbüsünü dilə gətirir. Berlinin yeni sülh planına əsasən Suxumi ilə Tbilisi vəziyyətdən çıxış yolu axtarışında, əvvəl olduğu kimi, yalnız Rusiya deyil, Avropa İttifaqının dəstəyinə də əl ata bilərlər. Lakin bu plan Suxuminin etirazı üzündən baş tutmadı. Təkbətək görüşlərdə Moskva Ştaynmayerin planına razılıq versə də son mərhələdə, bu planın açıqlanılmasından sonra, fikrini dəyişdi. Gürcüstan planı alqışlayaraq bildirir ki, bu iki ildir ki, arası kəsilmiş danışıqları bərpa etməyə zəmin yarada bilərdi. Üstəlik, Almaniya təklifləri Moskvanı qıcıqlandırmamaq üçün Abxaziyada Rusiya sülhməramlılarının beynəlxalq polis qüvvələri ilə əvəzlənməsini nəzərdə tutmurdu. Avropa planı rədd edilsə də nail olmasa yeni bir təmayülü nümayiş etdirir, deyilir qəzet təhlilində. Belə ki, Avropa siyasi dairələrində Qafqazlarda sabitliyin enerji təhlükəsizliyi ilə bilavasitə bağlı olduğunu dərk edərək, əvvəlkidək deklarasiyalar deyil əməli tədbirlərə üstünlük verirlər. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar