SON XƏBƏRLƏR

İran "Altılıq"la məzələnir

2021.10.20, 07:36
İran "Altılıq"la məzələnir

Gunaz.tv
İran "Altılıq"la məzələnir Tehranın "aradan çıxmaq taktika"sından məyus olan Qərb yeni sanksiyalar hazırlayır İranın "aradan sivişmək taktikası" "Altılıq" ölkələrini (BMT TŞ-nin 5 daimi üzvü - ABŞ, Britaniya, Fransa, Rusiya və Çin + Almaniya) çox məyus edib. Bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Qonsalo Qaleqos (Gallegos) İranın nüvə problemi ilə bağlı "Altılar"ın təmsilçiləri arasında dünən telekonfrans rejimində keçirilən məsləhətləşmələri şərh edərkən bildirib. "Biz çox məyusuq, İran yenə Solanaya "Altılar"ın təklifi ilə bağlı aydın cavab verməyib",-deyə amerikalı diplomat bildirib və əlavə edib ki, "Altılar" İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı məsələyə baxmağa razılaşıblar:"İrandan aydın müsbət cavabın olmadığını nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının növbəti addımlarının nədən ibarət olacağı barədə müzakirələr gedir və gələcək qətnamənin mümkün konturları nəzərdən keçirilir". Xatırladaq ki, "Altılıq" İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırır, bunun müqabilində Tehrana dinc atomun inkişafı da daxil olmaqla, bir sıra iqtisadi və texnoloji layihələr təklif edir. İyulun 19-da "Altılar"ın İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşündə İrana cavab üçün iki həftə vaxt verilmişdi. Bu vaxtdan artıq 4 gün keçib, amma "Altılar" Tehrandan düz-əməli bir cavab almayıb. Avqustun 6-da isə İranın Brüsseldəki səfiri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Xavyer Solanaya nəsə bir məktub verib. Sonradan bəlli olub ki, məktubun əsasında Cəlilinin Solana ilə "telefon danışıqlarının mətni" dururmuş. Buna Tehranın "Altılar"la məzələnməsi kimi də baxmaq olar. "Alınan məktub aradan əkilmək taktikasına bənzəyir",-deyə Qonsalo Qaleqos bildirib. Dünən Böyük Britaniya XİN də bəyan edib ki, "Altılar"ın "səxavətli təklif"inə müsbət cavab verməyən İrana qarşı yeni sanksiyalar tətbiq etməkdən başqa bir yol yoxdur. Rəsmi Paris də İranın "gözlədikləri cavabı vermədiyini" bildirib. Belə bir qərara gəlinib ki, Solana Cəlili ilə qeyri-rəsmi danışıqları davam etdirəcək, Qərb isə İranı necə cəzalandırmaq yolarını axtaracaq. Ağ Evin sözçüsü Den Perino dünən bildirib ki, Qərb İrana qarşı cəzalandırıcı tədbirlər görməlidir. Rusiya XİN isə İranın "Altılar"a mahiyyəti üzrə cavab vermədiyini etiraf etsə də, Tehranla təmasların davam etdirilməsinə tərəfdardır. X.Rüstəm express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar