SON XƏBƏRLƏR

1 398 384 kv. m ərazi minalardan təmizlənib

2021.10.20, 07:36
1 398 384 kv. m ərazi minalardan təmizlənib

Gunaz.tv
1 398 384 kv. m ərazi minalardan təmizlənib mina.gif Azərbaycanda cari ilin ötən ayı ərzində 1 398 384 kv. m (kvadrat metr) ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 4 979 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - ANAMA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyatlarda 339 nəfər, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Agentlik tərəfindən bu günədək 71 978 787 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 319 431-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında aparılır. Ötən ay ərzində bir mina/PHS hadisəsi qeydə alınıb. 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, 101 hadisədə 57 nəfər həlak olub, 137 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 2008-ci ilin iyul ayının 5-də Xocavənd rayonu ərazisində yerləşən Haramı düzündə Biləsuvar rayon sakini Şadman Fərzəliyev traktorla yeri şumlayarkən tank əleyhinə minaya düşüb. Nəticədə traktor sıradan çıxıb, traktorçu isə partlayış zamanı xəsarət alıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar