SON XƏBƏRLƏR

Antiinhisar Dövlət Xidmətinin rəhbəri həbs olunub

2021.10.20, 07:36
Antiinhisar Dövlət Xidmətinin rəhbəri həbs olunub

Gunaz.tv
Antiinhisar Dövlət Xidmətinin rəhbəri həbs olunub aba6cc85-7f95-45df-933d-20458309b69b_w203_s.jpg Samir Dadaşov Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Dövlət Xidmətinin rəhbəri Samir Dadaşov həbs olunub. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib. Məlumata görə, o, rüşvət alarkən yaxalanıb. Əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi bildirilir. Hazırda S. Dadaşov MTN-in istintaq təcridxanasında saxlanılır. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İİN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. MTN-dən «Azadlıq» radiosuna bildiriblər ki, məsələ ilə bağlı açıqlama olacaq. azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar