SON XƏBƏRLƏR

Vəli Kiçik Paşa atəş püskürdü:BU İDDİANAMƏ YOX, İFTİRANAMƏDİR

2021.10.20, 07:36
Vəli Kiçik Paşa atəş püskürdü:BU İDDİANAMƏ YOX, İFTİRANAMƏDİR

Gunaz.tv
“BU İDDİANAMƏ YOX, İFTİRANAMƏDİR” Vəli Kiçik Paşa atəş püskürdü 4459.jpg Türkiyədə silahlı terror təşkilatı kimi təqdim edilən “Ergenekon”un liderlərindən biri olmaqda ittiham edilərək bu ilin yanvarından həbsdə saxlanılan istefada olan jandarma generalı Vəli Kiçik ona qarşı irəli sürülən çoxsaylı sərt ittihamlara kəskin cavab verib. General vəkili vasitəsilə yaydığı yazılı bəyanatında bildirib ki, “Ergenekon” iddianaməsində ona qarşı irəli sürülən ittihamlar və barəsində neçə vaxtdır mətbuatda yazılanlar bütünlüklə iftiradır. Vəli Kiçik Paşa ona qarşı aparılan dezinformasiya və iftira kampaniyasının “dözülməz həddə” çatdığını bildirib: “Mənimlə bağlı aparılan istintaqın gedişində bu günə qədər şəxsimə qarşı aparılan dezinformasiya kampaniyası dözülməz həddə çatıb. Tamamilə əsassız iddialarla şəxsimə, türk və müsəlman kimliyimə, şərəf və layaqətimə qarşı insafsız hücumlar hər gün artaraq davam edir. Bu baxımdan ictimaiyyətə bəyan edirəm ki, 65 illik ömrümün və 35 illik peşə həyatımın heç bir dövründə terrora, terror təşkilatlarına, qanunlara, cinayət təşkil edən hər hansı fəaliyyətə dəstək vermədim.” Vəli Kiçik bildirib ki, peşə fəaliyyəti boyu ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində ASALA, PKK, DHKP, Hizbullah, İBDA başqa bu kimi terror təşkilatlarına qarşı həyatını riskə ataraq mübarizə aparıb. Bu mübarizədə bəzi məqsədli çevrələrin iddia etdiyi kimi, qanunsuz heç bir fəaliyyətə əl atmayıb, mənsubu olmaqdan hər zaman qürur duyduğu Türk Silahlı Qüvvələrinin zabiti olaraq hansısa qanundan kənar əməl törətməyib. “Məhkəmə prosesi yeni başladığı halda, məni lap əvvəldən günahkar elan ediblər, bu yöndə hər cür iftira ilə üzləşdim və üzləşməkdəyəm. İlkin araşdırmalara görə, heç bir hüquqi əsaslara söykənməyən, bəlli çevrələri təmin etməyə yönələn, şübhələr, təxminlər, dedi-qodular üzərində qurulan iddianamənin bir çoxu ilə heç bir vaxt rastlaşmadığım, adlarını belə bilmədiyim şəxslərin iftiraları üzərində qurulduğu təsbit olunub” deyə general bildirir. Onun sözlərinə görə, bu iftiralar üzərində qurulan iddianamə ittiham aktı yox, iftiranamədir. Vəli Kiçik bu iftiralarla bağlı “əvvəldən bəri Türkiyənin düşməni olmuş, xaricdən bəslənən bəlli güc çevrələrinin nökərinə çevrilən satqın qələm sahibləri, dırnaqarası demokratlar, ABŞ-ın qucağına oturmuş dırnaqarası müsəlmanlar, Avropa Birliyinin bəslədiyi dırnaqarası cümhuriyyətçilər” tərəfindən fürsət verilsə məhkəmə qarşısında müdafiə olunacağını bildirir. Qeyd edək ki, Türkiyədə hökumətə bağlı KİV-lər demək olar ki, hər gün “Ergenekon” iddianaməsindən çıxış edərək Vəli Kiçiyi ən ağır cinayətlərdə, hətta PKK-ya işləməkdə günahlandırır, Türkiyədə on illərlə əvvəl baş vermiş qaranlıq cinayətləri belə onun üzərinə atırlar. Generalın səhhətində problemlər var və onun bəyənatından da göründüyü kimi, bütün bu yazılanlar Vəli Paşaya qarşı psixoloji təzyiq xarakteri daşıyır. “Ergenekon” işi üzrə məhkəmə prosesinin oktyabrda başlayacağı gözlənilir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar