SON XƏBƏRLƏR

BTC-dəki yanğın hələ söndürülməyib

2021.10.20, 07:36
BTC-dəki yanğın hələ söndürülməyib

Gunaz.tv
BTC-dəki yanğın hələ söndürülməyib 2ce56eff-7054-424f-b7ca-efb44a2c269a_w203_s.jpg Yanğının ətrafdakı meşəlik əraziyə keçməsindən ehtiyat edilir Mais Əlizadə Türkiyənin Ərzincan vilayətində Bakı-Tbilsi-Ceyhan (BTC) neft kəmərində baş verən yanğın hələ də davam edir. Bu barədə «Azadlıq» radiosuna Ərzincan vilayətinin rəsmiləri məlumat verib. Rəsmilər bildirirlər ki, qonşu vilayətlərdən də əraziyə əlavə qüvvələr cəlb olunub. Yanğının söndürülməsi mümkün olmasa da, onun ətrafdakı meşəlik əraziyə keçməsindən ehtiyat edilir. Terror versiyasına gəldikdə isə rəsmilər bildiriblər ki, yanğın söndürüləndən sonra götürülmüş nümunələr analiz olunacaq və beləliklə, hər hansı fikir söyləmək mümkün olacaq. Kəmərdə yanğın avqustun 6-da başlayıb. Boruda neftin nəqli dayandırılıb. Ərzincanda BTC-nin yaxınlığından keçən qaz kəmərinin də fəaliyyəti dayandırılıb. Türkiyə ərazisindən BTC-nin 1000 kilometrdən çox hissəsi keçir. Kəmərlə «Əsrin Müqaviləsi» çərçivəsində Azəri-Çıraq-Günəşli yataqlarından Ceyhan limanına xam neft ixrac olunur. azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar