SON XƏBƏRLƏR

Azərbaycanın İsraildən aldığı silah və hərbi texnikaların siyahısı açıqlanıb

2021.10.20, 07:36
Azərbaycanın İsraildən aldığı silah və hərbi texnikaların siyahısı açıqlanıb

Gunaz.tv
Azərbaycanın İsraildən aldığı silah və hərbi texnikaların siyahısı açıqlanıb azerbaycanxususiteyinatlilari.jpg Azərbaycan İsrail istehsalı olan müxtəlif silah və hərbi texnikalar alıb. APA-nın xəbərinə görə, bu barədə «Voennie vestnik İzrailya» jurnalı məlumat yayıb. Jurnal yazır ki, Azərbaycan Ordusunun bir neçə bölüyü üçün İsrail istehsalı olan 5,56 mm çaplı TAR-21 «Tavor» avtomat silahları alınıb. Bundan başqa, Azərbaycan İsrailin müxtəlif hərbi firmalarından hərbi texnikalar və raket sistemləri də alıb. Belə ki, Azərbaycan Ordusunun arsenalına TAAS firmasının istehsalı olan, “KamAZ-63502 (8x8)” maşınlarının bazasında yığılmış 122 və 160 mm çaplı «Lynx» reaktiv yaylım atəş sistemləri (Qrad və LAR), həmçinin 300 mm-lik EXTRA raketləri, «Aeronaytiks» şirkətinin istehsalı olan 2 tip - Orbiter və Aeorstar pilotsuz uçan aparatlar daxildir. Bu silah və texnikaların bir hissəsi iyunun 26-da keçirilən hərbi paradda da nümayiş etdirilib. Hazırda İsrailin «Soltam» şirkəti 122 mm-lik «Semser» özüyeriyən artilleriya, «Nayza» reaktiv yaylım atəş sistemlərinin Azərbaycana ixracı ilə bağlı danışıqlar aparır. Qeyd edək ki, sonuncu hərbi texnikaları İsrail şirkəti Qazaxıstanla birgə istehsal edir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar