SON XƏBƏRLƏR

Pekindəki Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

2021.10.20, 07:36
Pekindəki Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

Gunaz.tv
Pekindəki Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb azerbaycanbayragidalgalanir.jpg Bu gün Bakı vaxtı ilə saat 10.00-da (Çin vaxtı ilə saat 7.00) Pekindəki Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi olub. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimi Pekin Olimpiya kəndinin meri açıb. O, “Bir arzu, bir dünya” şüarı ilə keçirilən Pekin Olimpiadasında müxtəlif ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyini qeyd edib və Azərbaycan nümayəndə heyətini salamlayıb. Azərbaycan nümayəndə heyətinin şef demisionu İlham Mədətov tribunaya dəvət olunub və Olimpiya kəndində Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını qaldırıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar