SON XƏBƏRLƏR

AKP-yə QARŞI İKİNCİ İDDİA HAZIRLANIR_Baş prokuror Ərdoğan və digərlərinin partiyadan xaric olunmasını tələb edə bilər

2021.10.20, 07:36
AKP-yə QARŞI İKİNCİ İDDİA HAZIRLANIR_Baş prokuror Ərdoğan və digərlərinin partiyadan xaric olunmasını tələb edə bilər

Gunaz.tv
AKP-yə QARŞI İKİNCİ İDDİA HAZIRLANIR Baş prokuror Ərdoğan və digərlərinin partiyadan xaric olunmasını tələb edə bilər 4934.jpg Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının bağlanmasına dair iddia üzrə Konstitusiya Məhkəməsinin qərarından cəmi bir neçə gün keçsə də, AKP-yə qarşı yeni iddia hazırlandığı haqda xəbər yayılıb. Türkiyə mətbuatının yazdığına görə, baş prokuror Əbdürrəhman Yalçınqaya AKP-yə qarşı ikinci iddianı hazırlamaq üçün hərəkətə keçib. Xatırladaq ki, Yalçınqaya dünyəviliyə qarşı fəaliyyətlərin mərkəzinə çevrildiyinə görə AKP-nin bağlanmasını və baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla partiyanı quranlardan 70-ə yaxın şəxsin siyasi fəaliyyətinə qadağa qoyulmasını tələb edirdi. Lakin Konstitusiya Məhkəməsində AKP-ni bağlamaq üçün cəmi 1 səs çatmadı və yüksək məhkəmə hakim partiyanın dövlət yardımından qismən məhrum edilməsi haqda qərar çıxardı. Qəzetlərin yazdığına görə, baş prokuror yeni iddia qaldırmaq üçün Konstitusiya Məhkəməsinin izahlı qərarının açıqlanmasını gözləyir. Bu qərar rəsmi mətbuatda dərc ediləndə AKP-nin dövlət yardımından qismən məhrum edilməsi qərarının hansı dəlillər əsasında çıxarıldığı məlum olacaq. Baş prokuror isə yeni dəlillər əsasında AKP-yə qarşı ikinci iddia qaldıracaq. Bu iddiada hakim partiyanın dövlət yardımından qismən məhrum edilməsinə görə günahkar olan şəxslərin partiyadan xaric edilməsi, ya da hakim partiyanın bağlanması tələb edilə bilər. Məlumatlara görə, Yalçınqaya birinci varianta üstünlük verə bilər. Bu halda iddiada Ərdoğan və digərlərinin AKP sıralarından xaric edilməsi gündəmə gələ bilər. Çünki AKP-nin cəzalandırılmasına Ərdoğan və onun bəzi yaxın tərəfdaşlarının fəaliyyətləri səbəb olub. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar