SON XƏBƏRLƏR

Qıbrısa son zərbə

2021.10.20, 07:36
Qıbrısa son zərbə

Gunaz.tv
Qıbrısa son zərbə Quzey Qıbrıs Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt və yunan Kiprinin lideri Dimitrios Xristofias arasında adada "tək müstəqillik, vahid dövlət" prinsipinə əsaslanan danışıqlar davam edir. Sentyabrın 3-də müzakirələrin üçüncü raundu olacaq və çox yəqin ki, orada da yekun qərar ortaya gəlməyəcək. Fəqət, qıbrıslı türklərin artıq siyasi halvasını çalmağa başlayıblar. Qıbrısın müstəlillik mübarizəsinin başladığı gündən bəri adanın türklər yaşayan hissəsinin müstəqil dövlət qismində dünya birliyi tərəfindən tanınmasını istəyənlər indi çox çətin vəziyyətdədir. Türkiyənin Avropa Birliyinə üzv olması yolunda Ankara qarşısında qoyulan şərtlərdən birinin məhz Qıbrıs probleminin həlli, yəni qıbrıslıların müstəqillik istəkləriylə vidalaşması tələbi olduğu bəlli. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Rəcəb Tayyib Ərdoğan da nəyin bahasına olursa-olsun AB qapısına yaxınlaşmağa çalışır, bu yolda bütün şərtləri yerinə yetirməyə hazır olduğunu bəyan edir. Son vaxtlaradək onun qarşısıda duran ən ciddi əngəl ölkədəki milliyətçilər və hərbçilər idi: onlar Türkiyənin AB-yə inteqrasiyası yolunda tələskənliyə, kompradorluğa, təslimçilyə yol verilməməsini tələb edir, AB-nin şərtlərinin əksəriyyətinin aşağılama səciyyəsi daşıdığını deyirdilər. Lakin Ankaradan çox kənarda hazırlandığı gün keçdikcə daha az şübhə doğuran "Ergenekon" əməliyyatı nəticəsində hərbçilərin təsir imkanları minimuma endirilib, milliyyətçilər isə "terrorçu və dövlət çevrilişinə cəhd edənlər" kimi cəmiyyətə təqdim olunur. Yaranmış durumdan Ərdoğanın Qıbrısdakı qubernatoru funksiyasını yerinə yetirən Mehmet Əli Tələt də faydalanır. Qıbrısın AKP-nin maraqlarına qurban verilməsinə qarşı çıxanlar "Ergenekon"un yerli adamları kimi qələmə verilərək qorxudulur, təhdid edilir. İş o yerə çatıb ki, qıbrıslı türklərin milli-azadlıq mübarizəsinin lideri, sabiq prezident Rauf Dənktaşı susdurmaq üçün onun da "Ergenekon" içində yer almasına işarə vurulur. Rəcəb Tayyibin Qıbrısa son səfərində onu hava limanında "Müstəqillikdən vaz keçməyəcəyik!", "AKP, bizi Avropa Birliyi yolunda qurbanmı verirsən?" plakatlarıyla yüzlərlə qıbrıslı qarşıladı. Özünü daim həlim, müdrik, səbrli, iliyinədək tolerant və demokrat göstərməyə çalışan Ərdoğan isə bu insanları görçək əsl batinini ortaya qoydu. Həmin an limanda olmuş qıbrıslı rəfiqlərim deyirlər ki, Ərdoğan sinirlənib, yanındakılara "Kəsin bunları səsini! Alın plakatları əllərindən" çəmkirib. Ölkəsinə və mənliyinə sahib çıxanlara qarşı bu sərt təpki hicaba gəlincə "təməl haqq və azadlıqlar"a dönürsə, təəcüblü deyil: AKP və Ərdoğan üçün demokratiya, yalnız merkantil hakimiyyət və siyasi maraqlar toplusudur. Tələt-Xristofias müzakirələrinin əsas mövzusu Quzey Qıbrıs və yunan Kiprinin, yəni bərabər statuslu türk və yunan qurucu ölkələrinin yaradacaqları Kipr dövlətinin gündəmə gətirilməsidir. Bu dövlət adanın vahid təmsilçisi, federalizm və hər iki icmaya saya müvafiq olaraq ayrılan kvotalar əsasında formalaşan hökumətli ölkə orlmalıdır. Dünən bu dövlətin adı da müəyyənləşib. "United Federal Republic of Cuprys", yəni "Kipr Birləşmiş Federal Respublikası". Mehmet Əli Tələtin dövrəsindəki adamların dediklərinə görə, iyulun 25-də Xristofiasla aparılan müzakirələrdə əsas prinsiplərlə bağlı ilkin razılaşmalar artıq əldə olunub: "İndi yekun qərar adanın yunan və türk tərəflərində eyni vaxtda keçiriləcək referendumdan asılıdır". Referendumda yunanlarla türklər təklif olunan varianta "hə" desələr, ada birləşəcək və federal Kipr dövləti yaradılacaq. Yox əgər tərəflərdən biri referendumda "yox" söylərsə, hər şey indi olduğu kimi davam edəcək. Qıbrıslı türklərdən "gərəkli cavabı" alman üçün Tələtin marionetkaları artıq qollarını çırmalayıblar: onlar vətəndaşları indiki üsul-idarədən bezdirməyə çalışırlar. CTP mənsubları Qıbrısdakı bütün dövlət və bələdiyyə strukturlarına qeyri-rəsmi göstəriş veriblər: "Adamları mümkün qədər get-gələ salın". Ən adi arayış almaq istəyən qıbrıslı "bu gün get-sabah gəl" süründürməçiliyə məruz qalır, milliyətçilər ələ salınır, Rauf Dənktaş "qoca sərsəm" adlandırılır, insanları bezdirmək siyasəti yürüdülür. Mehmet Əli Tələtin başçılıq etdiyi, əslində AKP-nin Qıbrıs filialı olan CTP-nin nəzarətindəki "Sim FM" radiostansiyasının efirində artıq "Quzey Qıbrıs Türk Cümhuriyyəti" ifadəsini işlədilmir, onun yerinə sadəcə "Quzey Qıbrıs" deyilir. "Bayraq TV" telekanalında Kipr yunanlarının adada türklərə divan tutmalarının tarixindən, qıbrıslıların milli-azadlıq mübarizəsindən bəhs edən sənədli və bədii filmlərin nümayişi yasaqlanıb. Əvəzində "türklərlə yunanların dostluq və qardaşlıq niyyətləri"ndən bəhs edən reportaj, konsert, proqramların sayı artır. Mehmet Əli Tələt hakimiyyəti çox xəfif şəkildə insanların beyninə Türkiyəni "Qıbrısı işğal edən ölkə" kimi yeritməyə çalışır, "Ankaranın oyuncağı olmaqdan bezdik, ölkəmizi birləşdirək" tipli açıqlamalar artır. Qıbrıslılar isə 1960-cı il anlaşmaları əsasında birləşmiş Kipr adasında türklərə qarşı soyqırım edən, bu məkanı bütünlüklə yunanlaşdırmağa çalışan Makariosun liderlik etdiyi kiprlilərin "Son hüdudumuz Girnədir, düşmənimiz türkdür!" şüarını unuda bilmirlər. AKP lideri Rəcəb Tayyib Ərdoğan və onun Qıbrısdakı qubernatoru Mehmet Əli Tələtin bütün səylərinə rəğmən... Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar