SON XƏBƏRLƏR

Kurmanbek Bakiyevin səfərinə hazırlıq görülür

2021.10.20, 07:36
Kurmanbek Bakiyevin səfərinə hazırlıq görülür

Gunaz.tv
Kurmanbek Bakiyevin səfərinə hazırlıq görülür Ednan Karabayev: "Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Azərbaycana rəsmi səfər etmək niyyətindədir. Bu barədə çərşənbə günü "Trend News"a müsahibəsində Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev məlumat verib: ""Səfərin dəqiq tarixi müəyyən olunmayıb, lakin hazırlıq işləri gedir". O, payızda MDB dövlət başçılarının Bişkekdə keçiriləcək sammitində Qırğızıstan və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü zamanı Bakıyevin səfər tarixini müəyyənləşdirəcəyinə ümid etdiyini bildirib. Ednan Karabayev bildirib ki, əgər Qırğızıstan və Azərbaycan arasındakı münasibətləri və iqtisadi artım potensialını nəzərə alsaq, iki ölkənin qarşılıqlı münasibətləri hələ başlanğıc mərhələdədir: "Biz Azərbaycanın Bişkekdə səfirliyinin açılmasını yüksək qiymətləndiririk və əminik ki, bu, ikitərəfli inteqrasiyaya yardım edəcək". Onun rəyinə görə, aviareyslərin açılması, digər nəqliyyat əlaqələrinin formalaşdırılmasından başlamalı olan ticarət-iqtisadi əməkdaşlıq xüsusilə vacibdir. Karabayevin sözlərinə görə, Qırğızıstan prezidentinin təsdiqlədiyi inkişaf strategiyasına əsasən, Qırğızıstan 2008-2010-cu illərdə energetika sahəsi, mədənçıxarma və emal sənayesi və turizmə maksimum diqqət ayırmaq niyyətindədir: "Müvafiq olaraq bu, ölkələrimiz arasında əməkdaşlıq sahələri ola bilər". Qırğızıstanın XİN başçısı rəsmi Bişkekin 90-cı illərin əvvəllərində olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla nizamlanmasına dəstək göstərməyə hazır olduğunu bildirib: "Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar