SON XƏBƏRLƏR

Bəşər tarixinin qara günü_63 il əvvəl bu gün atom bombası insan üzərində sınaqdan çıxarılıb

2021.10.20, 07:36
Bəşər tarixinin qara günü_63 il əvvəl bu gün atom bombası insan üzərində sınaqdan çıxarılıb

Gunaz.tv
Bəşər tarixinin qara günü 63 il əvvəl bu gün atom bombası insan üzərində sınaqdan çıxarılıb atom.jpg Bu gün dünyanın hərb tarixində ən dəhşətli silahın - insanların kütləvi məhvinə səbəb olan atom bombasının tətbiq edildiyi gündür. 63 il əvvəl – 1945-ci il avqustun 6-sı saat 08:15-də ABŞ hərbi aviasiyasına məxsus təyyarədən Yaponiyanın Xirosima şəhərinə atom bombası atılıb. Lent. az-ın məlumatına görə, ABŞ-ın Xirosima şəhərinə atdığı «Little Boy» adlı atom bombası «Uranium-235» tipli olub. Atom zərbəsindən o dövr üçün Yaponiyanın ən inkişaf etmiş şəhərlərindən sayılan və hərbi ən güclü hərbi bazaların yerləşdiyi Xirosima şəhərinin yarısı tamamilə məhv olub. Nəticədə 70 min nəfər ölüb, 140 min nəfər yaralanıb, 100 mindən artıq adam radiasiya şüalanmasına məruz qalıb. Sonrakı illərdə də üzə çıxan bu radiasiya təsirləri nəticəsində dünyasını dəyişən insanların sayı yüz minlərlədir. Bundan 3 gün sonra – avqustun 9-u saat 11:02-də ABŞ aviasiyası Yaponiyanın digər şəhəri Naqasakiyə «Fat Man» adlı Plqtonium-239 tipli atom bombasını atıb. Partlayış nəticəsində Naqasaki şəhərinin 74 min sakini həlak olub. Naqasaki bələdiyyəsinin ötən il açıqladığı rəsmi məlumata görə, 9 avqust 1945-ci ildə və sonradan radiasiyanın təsirindən ölənlərin sayı 143 124 nəfərdir. Qeyd edək ki, hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalına daxildir. Rəşad Süleymanov LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar