SON XƏBƏRLƏR

ÇINDƏ “AZƏRBAYCAN GÜNÜ” KEÇIRILƏCƏK

2021.10.20, 07:36
ÇINDƏ “AZƏRBAYCAN GÜNÜ” KEÇIRILƏCƏK

Gunaz.tv
ÇINDƏ “AZƏRBAYCAN GÜNÜ” KEÇIRILƏCƏK 200808065.jpg Avqustun 10-da Çində “Azərbaycan günü” keçiriləcək. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, həmin gün “China World Hotel”ində təşkil olunacaq tədbir çərçivəsində Azərbaycanın klassik və müasir musiqi əsərləri, muğam və xalq mahnıları səslənəcək. Tədbirdə əməkdar artist Sevda Ələkbərzadə mili və caz musiqisindən nümunələr ifa edəcək. Restoranın dörd tərəfində yerləşdirilən monitorlar vasitəsi ilə qonaqlara Azərbaycan mədəniyyəti, tarixi, iqtisadiyyatı haqqında çarxlar təqdim olunacaq. Qonaqlar Azərbaycan şirniyyatı və milli naxışlarla bəzədilmiş xalçalarla tanış ola biləcəklər. Tədbirə müxtəlif ölkələrin dövlət və federasiya rəhbərləri, idmançılar, mətbuat nümayəndələri dəvət ediləcək

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar