SON XƏBƏRLƏR

PKK Bakı-Tiflis-Ceyhan boru kəmərindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

2021.10.20, 07:36
PKK Bakı-Tiflis-Ceyhan boru kəmərindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Gunaz.tv
PKK Bakı-Tiflis-Ceyhan boru kəmərindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb btcyangin060808.jpg Ankara – APA. PKK terror təşkilatı Bakı-Tiflis-Ceyhan boru kəmərinin Türkiyə hissəsində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın məlumatına görə, bu barədə Türkiyənin “Cihan” agentliyi xəbər yayıb. Xatırladaq ki, avqustun 6-na keçən gecə Türkiyənin Ərzincan vilayətinin Refahiyyə qəsəbəsi yaxınlığında yerin altından keçən BTC boru xəttində partlayış baş verib. Ərzincan-Sivas yolunun 52-ci km-də baş verən partlayışdan sonra güclü yanğın olub. Türkiyənin BOTAŞ şirkətinin Ərzincan bürosunun rəhbəri Engin Ciminli hadisənin hansı səbəbdən baş verdiyini müəyyənləşdirməyin mümkün olmadığını bildirib. apa ---------------------------------------------------------------------------- Bakı-Tbilisi-Ceyhan neft kəmərində partlayış nəticəsində 12 min barel xam neft yanıb Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyənin Ərzincan bölgəsindən keçən hissəsində baş vermiş partlayış nəticəsində 12 min barel xam neft yanıb. Bu barədə Türkiyənin «Cihan» Xəbər Agentliyi məlumat yayıb. Qəza gecə saatlarında Ərzincan-Refahiyə yolunun 60-ci km-də, Yurtbaşı kəndi yaxınlığında baş verib. Partlayışın səbəbləri hələki məlum deyil. Yanğının 50 metr yüksəkliyə qalxdığı bildirilir. Ərzincan Dövlət Hava Yollarına aid 2 suçiləyən maşın, Ərzincan bələdiyyəsinə aid 1 yanğınsöndürmə briqadası, 3 su tankı, Refahiyə bələdiyyəsinə aid 2 yanğınsöndürən maşın, 1 ekskavator və bir buldozer hadisə yerinə gətirilib. Ərzincanın Refahiyə Jandarmeriyasından Trend News-a verilən məlumata görə, yanğının söndürülməsi üzrə işlər hələ də davam etdirilir. Yanğının artıq 10 saatdır davam etdiyi bildirilir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar